Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

4G “Nar” şəbəkəsi - ölkə əhalisinin 91,5%-nin xidmətində!

 

  

Abunəçilərinə hər zaman yüksəkkeyfiyyətli rabitə xidmətləri təqdim edən “Nar”, sürətli 4G şəbəkəsini bütün ölkə ərazisində genişləndirməyə davam edir.

Yenixeber.org: Aparılan təkmilləşmə işləri nəticəsində 4G şəbəkəsi hazırda ölkə əhalisinin 91,5%-ni əhatə edir. Mobil operator LTE texnologiyalı baza stansiyalarını Azərbaycanın 53 regionunda quraşdırmağa nail olub. Hazırda “Nar”-ın hər üç abunəçisindən biri aktiv 4G istifadəçisidir. Ümumilikdə isə 4G istifadəçilərinin sayı 850 mini ötüb.

 

“Nar” 2019-cu ildə şəbəkədə quraşdırılmış 1018 ədəd LTE-A texnologiyalı baza stansiyaları da daxil olmaqla, 2740-dan çox 4G texnologiyalı baza stansiyası və 2722 ədəd 3G baza stansiyası ilə abunəçilərini yüksək sürətli şəbəkə ilə təmin edir. Mobil operator hazırda 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

Sərfəli qiymətlərə təklif olunan internet paketlərindən və yüksəksürətli mobil şəbəkədən yararlanmaq üçün siz də “Nar”-a qoşula bilərsiniz. Daha ətraflı məlumatı nar.az nar.az səhifəsindən əldə etmək olar. 

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam