Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Sumqayıt şəhər Təhsil Şöbəsinin rəsmisi məktəbin hər sinfindən 200 manat pul yığdı -SƏS YAZISI

 

       

  

Yenixeber.org: Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə şəhərin 70 illiyi ilə bağlı tədbirin keçirilməsi üçün hər sinifdən 200 manat yığıldığı ilə bağlı xəbərlərin yayıldığını məlumat vermişdik. Sözügedən məktəbə yeni təyin olunan direktor əvəzi Kəmalə Hüseynova isə saytımıza açıqlamasında yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirmişdi. (Sözügedən xəbərin linki:http://xeberle.com/63203-sumqayitin-bu-mektebinde-ne-bash-verir-achqlama.html)

Amma bu günlərdə oxucular tərəfindən göndərilən səs yazısı isə bunun əksini deməyə əsas verir. Səs yazısı iddiaların doğru olduğuna dəlalət edən faktları özünü əks etdirir. Belə ki, səs yazısından məlum olur ki, məktəbin müəllimlərindən ibarət WhatsApp qrupu yaradılıb və sinif rəhbərlərinə şəhərin 70 illiyi ilə bağlı keçirilən tədbirdə 180 məktəb şagirdinin iştirakı və karnaval geyimi ilə təmin olunması üçün hər sinifdən 200 manat yığılması tapşırılır.

Qeyd olunur ki, valideyn komitələrinə müvafiq tapşırıqlar çatdırılsın və məbləğin yığılıb təqdim olunması təmin edilsin. Bildirilir ki, şəhər tədbirinin sentyabr ayının sonlarında keçirilməsi gözlənilir, bu yubiley tədbirində ölkənin ali rəhbərliyinin iştirak edəcəyi vurğulanır. Araşdırma nəticəsində məlum olub ki, səs yazısında tapşırıq verən xanım məktəbin Təranə İsgəndərova adlı təşkilatçısıdır.

Səs yazısından belə anlaşılır ki, təşkilatçı məktəbin əvvəlki direktor əvəzi Pərvanə Haqverdiyevanın tapşırıqlarını sinif rəhbərlərinə çatdırır.

Yeri gəlmişkən, qeyd edək ki, P.Haqverdiyeva Sumqayıt Təhsil Şöbəsinin kadrlar sektorunun müdiridir və iyunun 16-dan sentyabrın 2-dək olan müddətdə sözügedən məktəbə rəhbərlik etmək ona həvalə edilibmiş.
Bu müddətdə məktəbdə direktor əvəzi işləmiş Pərvanə Haqverdiyevanın da mövqeyini işıqlandırmağa hazırıq.
Xədicə Səxavətqızı
Xeberle.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam