Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gəncə “MERO”sunun rəisindən nazirə şikayət -VÜQAR MƏMMƏDYAROV ŞÖBƏDƏ NARAZILIQLAR YARADIB

Gəncə “MERO”sunun rəisindən nazirə şikayət
Ölkənin yeni daxili işlər naziri Vilayət Eyvazovun barəsində vətəndaş narazılığı olan polis idarə və şöbələrinin rəislərini işindən azad etməsi faktlarına tez-tez rast gəlinir. 

Yenixeber.org: Yaxın günlərdə nazirin “qələmini sındıracağı” şəxslərdən biri də BDYPİ-nin 9 saylı Gəncə İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Vüqar Məmmədyarovdur.

Belə ki, adıçəkilən şəxslə bağlı DİN-nə daxil olan çoxsaylı şikayətlərlə yanaşı həm də rəis Vüqar Məmmədyarovdan öz işçilərinin ciddi narazılığıdır.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Vüqar Məmmədyarov şöbədə çalışan Ərəsdun Həsənovun qarşısında bir sıra qanunsuz tələblər qoymuş və istəyinə nail olmayınca adıçəkilən inspektoru işlərdən kənarlaşdırmışdır.

Mənbəmizin sözlərinə görə, Gəncədə yaşayan vətəndaşların avtomobillərinə dövlət qeydiyyat nişanlarının verilməsi məhz Ərəsdun Həsənovun səlahiyyətində olub.

İndi isə bu işi rəis Eldar adlı bir yaxınına həvalə edib.

Bundan başqa şöbənin maliyyə-uçot fəaliyyətində də ciddi qanunsuzluqların ortaya çıxdığı bildirilir.

Artıq bu məsələlərin nazir Vilayət Eyvazova məruzə olunduğu və yaxın zamanlarda Vüqar Məmmədyarovla bağlı qərarın veriləcəyi deyilir.

Məsələ ilə bağlı Vüqar Məmmədyarovun mövqeyini öyrənməyə çalışsaq da buna nail ola bilmədik.

Şöbə rəisinin də bu iddialarla bağlı mövqeyini işıqlandırmağa çalışacağıq.(Gununsesi.org) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam