Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Qarayara xəstəliyi insanlara torpaqdan da keçir” - Yolçu Xanvəli

“Qarayara xəstəliyi insanlara torpaqdan da keçir” - Yolçu Xanvəli
Azərbaycanda heyvanlar arasında qarayara və digər xəstəliklərə görə epizodik vəziyyət sabitdir. Heç bir narahatçılıq yoxdur.
Yenixeber.org:  Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. O bildirib ki, qarayara xəstəliyi insana tək heyvandan deyil, torpaqdan da keçir: 

“Bu xəstəlik təbiətdə var və torpaq infeksiyası adlanır. Qarayaranın əsas ocağı torpaqdır. Torpaqda xəstəliyin törədicisi varsa, yüz illərlə qalır və hər an aktivləşə bilər. Azərbaycanda qarayara xəstəliyi torpaq infeksiyasına görə ocaqlar kifayət qədər çoxdur. Ölkədə həm iri buynuzlu, həm xırda buynuzlu, həm dəvələr, həm tək dırnaqlı heyvanlar arasında hər il təqdimə uyğun peyvəndləmə aparılır. Cari ilin 6 ayı ərzində 2.5 milyondan artıq iri buynuzlu,7 milyondan artıq xırda buynuzlu heyvan qaraya yaraya görə peyvəönd olunub”. 



Y.Xanvəli əlavə edib ki, Sabirabad rayonunda 2 nəfərin qarayaraya necə yoluxması barədə məlumatlı deyil. 

Qeyd edək ki, Sabirabad rayonunda iki nəfər qarayaraya yoluxub. Onlardan biri - 60 yaşlı kişi 29 iyul tarixində dünyasını dəyişib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam