Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əvvəlki yay ayları ilə müqayisədə bu yay küləkli günlərin sayı çoxalıb - İnstitut

Bu yay küləyin sürəti və intensivliyi daha çox müşahidə edilir.

Yenixeber.org:  Bunu  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

M.Həsənovun sözlərinə görə, hazırda müşahidə edilən temperatur iqlim normasından 1-2 dərəcə çoxdur:

“İstilik baxımından hazırkı temperatur iyul üçün xarakterikdir. Amma belə güclü küləyin əsməsi noyabr-dekabr ayları üçün səciyyəvidir. Adətən, noyabr-dekabr aylarında temperaturun aşağı düşməsi şərti ilə belə güclü şimal küləyi əsir. Hazırda da Bakı və Abşeron yarımadasında şimal, şimal-qərb küləyi əsir”.

M.Həsənov güclü küləyin daha çox Bakıda və Abşeron yarımadasında əsdiyini, lakin rayonlarda da hava şəraitinin sərin olduğunu vurğulayıb.

İnstitut direktorunun müavini əlavə edib ki, ümumilikdə əvvəlki yay ayları ilə müqayisədə bu yay küləyin sürətinin və intensivliyinin daha çox olması müşahidə edilir.

Qeyd edək ki, iyulun 22-dən Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Külək Binəqədidə 2 ağacı kökündən çıxarıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam