Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda - dezinfeksiyaya başlanıldı

 Bakıda dezinfeksiyaya başlanıldı

 

Bakı şəhərinin daha da gözəlləşməsi, buradakı parklar, bağlar, istirahət yerlərində sakinlərimiz və şəhərimizin çoxsaylı qonaqları üçün lazımı şəraitin yaradılması, şəhərin estetik gözəlliyinin artırılması və mövcud olan ictimai iaşə obyektləri, köşklər, ticarət və digər mərkəzlərdə lazımı səliqə-səhmanın yaradılması, ərazidə sanitaq-gigiyenik normalara riayət olunması üçün Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən müvafiq işlər həyata keçirilir.

Yenixeber.org: İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən rayonların ərazilərində yerləşən köşklər, ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılib, obyektlərin ətrafı dezinfeksiya olunub. Obyektlərin estetik cəhətdən yenilənməsi, müasirləşdirilməsi, sakinlərimizin zövqünü oxşaması üçün tədbirlər görülür.

Eyni zamanda, paytaxtdakı yaşıllıqların qorunması, onlara xidmət göstərilməsi məqsədi ilə Bakı şəhərinin rayonlarında mütəmadi olaraq iməcliklər keçirilir, əkilən ağac, kol və güllərə qulluq göstərilir, yol kənarları quru otlardan təmizlənir, yeni-yeni yaşıllıq zonaları yaradılır.

Bu istiqamətdə aparılan işlər davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam