Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

BNA- 8 nəfərin ölümünə səbəb olmuş sürücüyə “Fərqlənmə nişanı”nın....

Bakı Nəqliyyat Agentliyi (BNA) Masallı rayonunda çoxsaylı insan itkisinə səbəb olan ağır yol nəqliyyat hadisəsi törədən sürücü Mustafayev Nizami Malik oğlunun taksi fəaliyyəti göstərməsi ilə bağlı agentlikdən fərqlənmə nişanı almasına münasibət bildirib.

Yenixeber.org:  Qurumun açıqlamasında bildirilir:

"Yayılan məlumatların sosial şəbəkələrdə yanlış müzakirələrə səbəb olmaması və məsələyə düzgün şərh verilməsinin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, “Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi N.Mustafayevə taksi fəaliyyətinin həyata keçirilməsi üçün “Fərqlənmə nişanı”nın verilməsi qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olub.

N.Mustafayev agentliyə müraciət edərək yalnız Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə “Fərqlənmə nişanı”nın verilməsini istəmiş və ərizəsinə də müəyyən edilən sənədləri (verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədinin, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və sürücülük vəsiqəsinin surətlərini) əlavə edib. Sürücü tərəfindən sonuncu dəfə “fərqlanmə nişanı” alınmasına dair ərizə 02.07.2019 tarixində təqdim edilib. Ərizə və ona əlavə edilən sənədləri nəzərdən keçirilib normativ hüquqi aktların tələbləri əsas götürülərək N.Mustafayevə onun istəyinə uyğun müddətdə yalnız Bakı şəhərinin inzibati ərazisində “Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyətinin həyata keçirilməsi üçün “Fərqlənmə nişanı” verilib. 

N.Mustafayevin BNA-dan aldığı “Fərqlənmə nişanı” ona Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olmağa izacə verir. Sürücünün Bakı şəhərinin inzibati ərazisi hüdudlarından kənarda bu “Fərqlənmə nişanı” ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olması isə qanunsuzdur. Bir daha qanunsuz sərnişindaşıma fəaiyyətinin yolverilməz olduğunu vurğulayaraq avtonəqliyyat vasitəsi sahiblərini bu cür əməllərdən çəkinməyə dəvət edirik. Eyni zamanda sərnişinlərə tövsiyə edirik ki, müvafiq icazə əsasında fəaliyyət göstərən müntəzəm marşrut xətlərinin xidmətlərindən istifadə etsinlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam