Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

RZA RZAYEV YAZIR:"Eyni mahiyyətli məmur və kasıb balaları..."

Rza RZAYEV, 

rejissor, aktyor

 

Hamımızın bildiyi gerçəklikdir, hər gün rastlaşırıq, kimisi yanından keçəndə gözünü yumur, kimisi də ha özünə söz versə də, dözmür, ağzını arayır, ağrıyan başını bir də ağrıdır.

Yenixeber.org:  Yazacağım gerçəkliyin gerçək tərəfidir, razılaşan da olacaq, razılaşmayan da, özüm razılaşan(lardanam) tərəfdənəm.

Müşahidələrim əsas verir ki, düzü düz tərəfdən çəkəcəyim məsəllər ilə sübut etməyə çalışım.

Bütün cəmiyyətlərdə kasıblar varlılardan çoxdur, başqa cəmiyyətlərdə kasıblar bunu varlıların günahı saymır və yaxud başqalarında belə düşüncə yoxdur. Bizdə isə fərqlidir, çoxu “günahkar keçi” axtarışındadır, yəni problemini həll edə bilməyən, əlindən iş gəlməyən biri, başqa birini “tapır” və bu “işlərdə” onun əlinin olduğunu sübut etməyə çalışır.

İnsanların düşüncəsi, həyat tərzi yaşadıqları dövrün və quruluşun təsiri ilə formalaşır. Məsələn, sovet dövrünün varlısı və yaxud vəzifə tutanı ilə mövcud dövrün varlıları, vəzifə tutanlarının arasındakı fərq böyükdür, o qədər böyükdür ki, hər keçən gün bu fərqi daha böyük görünən edir.

Keçmiş rayon katiblərinin övladları ilə icra başçılarının uşaqlarını müqayisə edək. Rayonumuzda katib olmuş iki insanın uşağını misal çəkəcəm.

Katib övladlarından biri atasının ona aldığı dəst kostyumun (o dövr rayonda belə deyilirdi) şalvarını geyib, pencəyini isə heç vaxt geyinməmişdi ki, sinif yoldaşlarımdan eləsi var, kostyumu yoxdur, mən onların yanında kostyumla sinifdə otura bilmərəm.

Sonrakı katiblərdən birinin oğlu isə bizimlə oxuyurdu, dəlisov və ürəkli uşaq idi, demək olar ki, hər gün dalaşırdı və çox vaxtı da döyülürdü, bizim kimi o da evə paltarları cırıq, dişi sınmış, üz-gözü cırılmış halda gedirdi. Uşağını bu gündə görən katib ata uşağını bu günə qoyanlar haqda heç maraqlanmırdı. Əksinə, bəzi müəllimlər gözə girmək üçün bizi cəzalandırmaq istəsə də, katib oğlu bunu evdə söyləyən kimi, katib əsəbi halda belindən yuxarı saxladığı şalvarını bir az da yuxarı çəkmişdi və dərhal məktəb direktoruna zəng edib bizə dərs keçmək istəyən müəllimlərin dərsini vermişdi. 

Keçid edək indiki dövrə… Çox irəli getməyəcəm, 30 ildən çoxdu yaşadığım rayonun ərazisində bir az daha çox uzaqlaşdığımız ötən illər öncəsi, rəisin oğlu əraziyə yapışıq başqa rayonun icra başçısının maşınının qabağında at oynatmışdı (“zmeyka”), yanındakılar rəisin oğluna bir-iki şillə-təpik çəkmişdilər, dərhal uşaq atasının “tükündən birini yandırmışdı”, rəis tabeçiliyində olan alayı ilə hadisə baş verən ərazidə peyda olmuşdu, icra başçısından və yanındakılardan təpik-şillələrin əvəzini çıxmışdılar, polis oğlu atasının üzünə at kimi dirənmişdi ki, başçının başıma vurduğu şillənin əvəzini özüm çıxmalıyam.

Qabağından yeməyən hər iki tərəf döyüş vəziyyəti alanda başbilənlərdən biri hər iki tərəfi başa salmışdı ki, bu iş böyüsə, Böyük hər ikinizi vəzifədən atacaq çölə. Vəzifəni itirmək qorxusu hər iki tərəfi ağ bayraq qaldırmağa məcbur etmişdi. 

Bunları niyə yazıram, axı olub-keçənlərdi, dərdim nədi?! 

Yuxarıda söylədyim kimi, bizim cəmiyyətdə belə bir xəstəlik var – hər kim öz qabında deyil, qabını sındıranda başqasını günahkar bilir.

Son dövrlər məmur balalarının üstünə çox gedilir. Onların etdikləri xoşagəlməz hərəkətlər çox müzakirə olunur.

Məqsədli olaraq düşmən dəyirmanına su tökənlər var. Məmur balaları yad planetli kimi təqdim olunurlar. Düşmən əli ilə düşmənçilik toxumu əkənlərimiz var. Məmur balalarını yersiz hədəf alanlar dövlət ilə cəmiyyət arasında iki tirəlik yaratmaq istəyənlərdi . Məmur balalarının yersiz hərəkətlərini yerində və haqlı olaraq tənqid edənlər də var .

Amma  düz baxanda, görürük ki, hər gün məmur balalarının etdiyini əlində bir az imkan olan hər kəsin övladı edir. Edə bilməyənlər də imkanı olmayanlardır.

Məmur balaları da uşaqdı, cavandı, onların da qanlarının qaynayan vaxtları var.

Məmur balalarının etdikləri kasıb balalarının  istəkləridi, arzularıdı, amma imkansızlıqdan edə bilmədikləridi. 

Bu məsələdə daha çox odaqlandığım zümrə imkanı olmayanlardı və ən qorxulusu, ən çox danışan, baş verən ən kiçik hadisələri şişirdən də onlardı və onların əlinə imkan düşəndə, elə oyun çıxarırlar ki, yer-göy oynayır. 

Təsəvvür edin, marşrut avtobusunun önündə bahalı maşını ilə hoqqa çıxaran məmur balasına etiraz edən və sərnişin kimi sürücüdən özünü bir-iki pillə üstün sayan kasıb balaları avtobus sürücüsünü məcbur edib dayanacaqdan kənar yerlərdə saxladırlar, sürücü göstərişə əməl etməyəndə ya təhqir olunur, ya da döyülür. Məmur balasının maşınında gəzdirdiyi “qızlara” baxa-baxa ağzının suyunu axıdan kasıb balası  özünü varlı balasının yerinə qoyur, imkan düşən kimi, özünü metroda, avtobusda sıx “yerə” verib xəyal qurur.

Və yaxud, gündəlik çörəkpulu qazanmaq üçün marşrut avtobusu sürən, sərnişinlərdən özünü iki-üç pillə üstün sayan sürücülərin sərnişinlər ilə davranışına baxın, maşınları necə idarə etdiklərinə baxın. Həmin marşrut avtobusu sürənlərin əlinə məmur balalarında olan imkan düşsə, yəni bahalı maşınlar, nə hoqqalardan çıxmazlar, məmur balalarının çoxunun adam kimi sürdüyü bahalı maşınları kasıb balalarının çoxunun necə sürəcəklərini təsəvvür etmək belə mümkün deyil.

Müşahidələrim bunu söyləməyə əsas verir ki, marşrutdan, metrodan istifadə edən kasıb balaları yüz minlik maşınlarda gəzən varlı balalarından daha qorxuludurlar, biz bunu onların əlinə imkan düşəndə görürük, imkansızların əlinə imkan düşəndə dəhşətli anlar yaşanır, kasıb balaları məmur balalarının dədələrinə rəhmət oxudurlar. 

Məmurlara tövsiyəm: imkanı olmayanlara bir az imkan yaradın, hər iki halda rəhmət qazanarsınız. 

Məmur işlədiyim dövrdə idarəyə ölkəmizdə söz və güc sahibi olan rəhbər şəxsin övladı gəlib-gedirdi . Özünü o qədər tərbiyəli, təvazökar aparırdı ki, əlim üzümdə qalırdı, onun hərəkətlərin müşahidə etdikcə,  düşünürdüm ki, çox yaxından tanıdığım bəzi iş yoldaşlarımın əlində bu şəxsdə olan imkanlar olsa, yıxmadıqları ev, kəsmədikləri baş qalmaz . Kasıb balaları həmin şəxsi görəndə, elə hərəkət edirdilər ki, məmur balası abırına qısılırdı, rəngi qızarırdı.

İndi kimsə yazımı oxuyub deyəcək ki, məmur nəvəsi maşınla adam vurdu öldürdü, bir az içəridə yatdı-çıxdı… Bu faktın əksinə sizə yüzlərlə fakt göstərə bilərəm ki, kasıb balaları var, maşın ilə adam vurub öldürüblər, amma bir gün də içəridə yatmayıblar. 

Bizim cəmiyyətdə insanların çoxu eyni mahiyyət və məzmundadır, sadəcə birinin etdiyi hərəkəti o biri imkansızlıqdan edə bilmir. 

Bir rejissor dostum bir aktyoru serialdan uzaqlaşdırmaq istəyirdi, səbəbini öyrənəndə gördüm ki, ümumi problemdir və “həll yolu” da dəyişiklik gətirməyəcək. Həm də aktyor psixoloji və mənəvi zərbə alacaqdı deyə, serialdan çıxarılmasını istəmirdim. Dostuma məsləhət üçün mövcud vəziyyəti analiz etdim, dedim: “Stolun ətrafındakıların hamısı stuldu, stulu götürüb yerinə yenə də stul qoyacaqsan, dəyişən heç nə olmayacaq və problem də həll olmayacaq, sən yaxşı olar ki, problem yaradan problemi həll et”.

Dostum sözümü dinləmədi, yersiz tələblər edən aktyoru dəyişdi, yeni gələn aktyor isə haqlı tələbləri ilə yola salınan aktyorun atasına rəhmət oxutdurdu. (Strateq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam