Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Etibar Pirverdiyevi bitirən gün-iyulun 3-ü

 

Etibar Pirverdiyevi bitirən gün
 

Azərbaycanda yaranan enerji böhranının bir ili tamam oldu.

Yenixeber.org: Ötən il iyulun 3-də Mingəçevirdəki Azərbaycan İES –də baş verən qəza nəticəsində ölkənin bütün enerji sistemi çökmüşdü. 

Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanmışdı.Nəticədə ölkə boyu bir çox ərazinin elektrik enerjisi ilə əlaqəsi kəsilmişdi. Bir neçə saat sonra bəzi yerlərdə elektrik enerjisinin verilməsi bərpa olunsa da, yenidən qəza baş vermisdi.

İkinci qəza iş saatının sonlarına təsadüf etdiyindən, minlərlə adam metroda qalmışdı. "Bakı Metropoliteni"nin rəhbərliyi 30 minə yaxın sərnişini evakuasiya etmiş və metronun fəaliyyətini dayandırmışdı.

İşıq böhranı nəticəsində Bakının bir çox yerində əhali su problem ilə üzləşmişdi. Həmçinin maliyyə-bank sektorunda, tibb müəssisələrində ciddi fəsadlar baş vermişdi.

Məhz bundan sonra Prezident yanında bununla bağlı toplantı keçirilmişdi. 

Ekspert Osman Gündüz həmin böhranı xatırlayaraq bildirir ki, müşavirədə Prezident bu sahəyə böyük vəsaitlər ayrılmasına baxmayaraq, yetərli nəticələrin olmaması, bölgələrdə tikilən 30 elektrik stansiyasının nə üçün işləməməsi, bir nöqtədə baş verən qəzadan bütün ölkənin enerji sisteminin nə üçün çökməsi ilə bağlı məsul şəxslərdən hesabat tələb etmişdi. 

Bundan sonra uzun illər Azərenerji rəhbəri olan Etibar Pirverdiyev vəzifəsini itrimiş və "Azərişıq" in rəhbəri Balababa Rzayev Azerenerji rəhbəri təyin edilmişdi.

Hazırda qarşıda duran sual ondan ibarətdir ki bu böhran bir də təkrarlana bilərmi?

O. Gündüz cari ilin əvvəli Azərenerji beynəlxalq auditin də iştirakı ilə ciddi araşdırmaların aparıldığını və Reabilitasiya Proqramının icrasına başlandığını bildirib: “Bundan sonra Bakıya alternativ xətlərin çəkildiyi və yeni güclərin bərpa edildiyi bildirilir. Tender elan olunacağı və və SCADA-nın tamamilə yenidən qurulacağı elan olunub. Büdcədən bu məqsədlə xeyli vəsaitlər ayrılıb.

3 gün öncə isə yenidən, məhz həmin yerdə, Azərbaycan İES-də yanğın baş verib. Lakin bu dəfə böhran yaşanmayıb və ölkədaxili əlavə güclər avtomatik rejimdə qoşulmaqla, həmçinin qonşu ölkənin enerji sisteminə real vaxtda qoşulmaqla problem aradan qaldırılb.

Bu onu deməyə əsas verir ki, ötən müddət ərzində Azerenerji rəhbərliyi tərəfindən müəyyən işlər görülüb, enerji sisteminin etibarlığı və dayanıqlığı, avtomatik idarəetmə üçün zəruri addımlar atılıb. 

Lakin ölkənin əsas enerji təminatını ödəyən Azerbaycan İES-də qəzaların davam etməsi onu göstərir ki, infrastruktruda ciddi problemlər qalır.

Bu isə onu deməyə əsas verir ki ötən ilin böhranı hansısa formada təkrarlana bilər. 

Düşünürəm ki, ümumiyyətlə enerji sektorunda infrastruktur tamamilə yenilənməli, yeni texnologiyalar tətbiq edilməli, SCADA və onun alternativi tamamilə yenidən qurulmalıdır.

Həmçinn sektorda liberallaşma aparılması, şəffaflığın gücləndirilməsi və kiçik elektrik stansiyalarının özəlləşdirilməyə çıxarılması faydalı olardı”.(yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam