Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

  Ümumrayon Müşavirəsi keçirilib-Füzulidə

     

 

27.06.2019-cu il tarixdə Horadiz şəhərində yerləşən Muğam Mərkəzinin binasında Füzuli rayonunda İcbari Sığorta haqqında qanunun icra vəziyyətinin gedişi və kənd təsərrüffatı ilə əlaqədar ümumrayon müşavirəsi keçirilib.

Yenixeber.org: Müşavirədə Füzuli rayon İHBA-nın işçiləri, idarə, müəssisə təşkilat rəhbərləri, məktəb direktorları, bağça müdirləri, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyev çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən sosial layihələrdə Füzuli rayonunun  fəal təmsil olunduğunu vurğulayan rayon rəhbəri yanvar ayından etibarən pensiya və müavinətlərin əsaslı surətdə artması, qaçqın və məcburi köçkün statuslu şəxslər üçün vahid aylıq müavinətlərin 60 manata qaldırılması, cənab prezidentin son sərəncamlarına əsasən əmək haqlarının yüksək faiz göstəriciləri ilə artması bütün təbəqədən olan rayon əhalisinin maddi rifahının yüksəldilməsinə təminat verdiyini bilidirdi.  Aqrar sektorun dirçəldilməsinin  rayon üçün uğurlu nəticələr verdiyini diqqətə çatdıran rayon rəhbəri bu il füzulilərin 50 tona yaxın barama istehsal etdiklərini bunun isə qısa müddətdə rayon əhalisinə 450000 manat məbləğində qazanc gətirdiyini müşavirə iştirakçılarına çatdırdı.  Bu günə qədər rayonda 100000 tondan artıq taxıl istehsal olunduğunu  diqqətə  çatdıran Alı Alıyev çuğundur və pambıqçılıq kimi kənd təsərrüaffatı sahələrinə də böyük maraq göstərildiyini bildirdi. Rayon rəhbəri əldə olunan bütün uğurların dövlətimiz tərəfindən həyata keçirilən  düzgün aqrar siyasətin nəticəsi olduğunu  qeyd etdi. Alı Alıyev  bütün füzulilər adından göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıq ifadə etdi.

Rayon İcra Hakimiyyəti Başçısının  Birinci müavini Bağır Aslanov çıxış edərək bildirdi ki,  bütün digər sahələr kimi dövlət sığorta siyasəti də əhalinin rifah halının yüksəldilməsinə xidmət edir. Bu istiqamətdə rayon ərazisində mühüm addımlar atılmasına idarə, müəssisə, təşkilat kollektivlərinin sığortaya cəlb olunması üçün maarifləndirici tədbirlər görülməsinə baxmayaraq hələ də nöqsanların olduğu diqqətə çatdırıldı. Bu barədə lazımi işlərin görülməsi ilə bağlı tapşırıqlar verildi.

Daha sonra Rayon Məşğulluq Mərkəzinin müdiri S.İsmayılov çıxışında   son dövürlər əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təminatı istiqamətində həm ölkə başçımız cənab İlham Əliyevin, həm Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdikləri sosial layihələrin rayonda uğurla reallaşdırıldığını qeyd etdi.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyev   mövcud nöqsanların aradan qaldırılması, dövlət siyasətinin ciddi məsuliyyətlə yerinə yetirilməsi, vətəndaş-məmur münasibətlərinin daim nəzarətdə saxlanması istiqamətində tövsiyə və tapşırıqlarını verdi.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam