Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Heydər Əliyev Fondu  - Füzulidə iftar süfrəsi təşkil etmişdir

 

Heydər Əliyev Fondu  tərəfindən Ramazan ayı münasibətilə Horadiz şəhərində iftar süfrəsi təşkil edilmişdir.

Yenixeber.org: İftar süfrəsində şəhid ailələri, Qarabağ əlilləri, oruc tutanlar, imkansız ailələr və dindarlari iştirak etmişdir.  İftar mərasimində Qurani-Kərimdən ayələr oxunmuş, Ramazan ayının fəzilətlərindən danışılmış, dualar edilmiş, şəhidlərin ruhu yad edilmişdir. Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan iftar süfrələri ölkəmizin milli-mənəvi həmrəyliyini, ənənəvi tolerantlığını və sıx birliyini nümayiş etdirir.

Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizdə həyata keçirilən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışıblar, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq, ruzi-bərəkət arzulayıblar.

Bildirilib ki, mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsi ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.

Rayon sakinləri Ramazan ayında təşkil olunan iftar süfrələrinə görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam