Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müşfiq Atakişiyevin adı qətl işində

 

Son zamanlar mətbuatda daha çox tənqid hədəfinə alınmış Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyev barəsində çox ciddi ittihamlar səslənməkdədir.

"Xeberinfo.com":  Məlumata görə, universitetin həmtəsisçisi olmuş və eyni zamanda orada prorektor vəzifəsində işləmiş Tarıyel Əhmədov  rektor Müşfiq Atakişiyevin və digər həmtəsisçi Rahim Hüseynovun birgə qurduqları plana qurban getmişdir.

 


Xatırladaq ki, 16 sentyabr 2011-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində, səhər saatlarında müəmmalı şəkildə dünyasını dəyişmiş Təfəkkür Universitetinin prorektoru Tarıyel Əhmədovun ölümündə rektor Müşfiq Atakişiyevin adının hallandırılması əslində səbəbsiz deyil. Belə ki, universitetlə həmtəsisçi olan mərhum professor “Təfəkkür”də baş verən qanunsuz hallara qarşı çıxdığı üçün Müşfiq Atakişiyevlə və Rahim Hüseynovla aralarında ciddi narazılıq və fikir ayrılığı olmuşdur. Universitetin əsasnaməsinə görə, 2013-cü ildə rektorluq növbəsi həmtəsisçi Tarıyel Əhmədova Çatmalıydı. Belə olduğu halda isə təbii olaraq Müşfiq Atakişiyev və Rahim Hüseynov “Ofsayt” vəziyyətinə düşəcəkdilər. Hələ rektor olmamışdan öncə aralarında belə ciddi insident yaşanmışdısa, deməli  Tarıyel Əhmədovun rektor olacağı halda Atakişiyevin nələrlə üzləşəcəyini düşünmək çox asandır. Bunu Müşfiq Atakişiyev və Rahim Hüseynov da çox gözəl bilirdi və Tarıyel Əhmədovu hansı vasitə ilə olursa-olsun zərərsizləşdirmək lazım gəlirdi, bunu da tapdılar. Bəs görəsən, Tarıyel Əhmədov qətlə yetirilərkən bu işi kimin vasitəsilə ört-basdır etdilər?  Təfəkkür Universitetində olan bir prorektorun oğlunun narkotika qurbanı olmasının gizli məqamları hansılardır? Bütün bunlara mütləq aydınlıq gətirəcəyik…

 


Mövzu diqqətimizdədir…

Xeberxetti.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam