Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qadınlar tərəfindən döyülən kişilər- in sayı artıb

Qadınlar tərəfindən döyülən kişilərin sayı artıb
"Məişət zorakılığına məruz qalmış kişilərin yalnız qadınlar tərəfindən döyüldüyünü demək səhvdir. Ailədaxili zorakılığa hər kəs, hər iki cinsin nümayəndələri məruz qala bilər və bundan heç kəs sığortalanmayıb".
Yenixeber.org: Bunu açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib. 

Komitə nümayəndəsi bildirib ki, kişilərin zorakılığa məruz qalması dedikdə, məsələn, oğlun yaşlı ataya fiziki və ya psixoloji zorakılıq etməsi, kişinin kişiyə zorakılıq göstərməsi və ya atanın uşağını döyməsi nəzərdə tutulur. "Qadın tərəfindən də kişilər zorakılığa məruz qala bilər, amma bunu ümumiləşdirmək olmaz". 



A.Veysəliva qeyd edib ki, hər hansı kişinin və ya qadının zorakılığa məruz qalma səbəbləri mütləq araşdırılmalıdır: "Səbəbini bilmək lazımdır ki, hadisə hansı zəmində, nə üçün olub, hansı münasibətlərdən irəli gəlib və zorakılığın hansı növünə məruz qalıb. Biz bu məsələləri ümumi ifadə ilə deyil, konkret və xüsusi hadisəyə, zorakılıq faktlarına söykənərək deməliyik. Bir çox hallarda ərini qətlə yetirən, ərinin sağlamlığına qəsdən ağır və yüngül zərər yetirən qadınların törətdiyi cinayətin kökünü, səbəbini araşdırdıqda görürük ki, bu, o qadınlardır ki, illərlə zorakılığa məruz qalır, artıq dözə bilmirlər və bu cür aqresiv cavab reaksiyası verirlər. Bu hadisələr elə də çox deyil. Lakin təəssüflə qeyd etməliyik ki, qadınlar tərəfindən kişilərin zorakılığa məruz qalması hadisələrində artım müşahidə edilir". (Azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam