Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

“Nar” -gənclər üçün iş imkanları təklif etməkdə davam edir

 

 

Gənclərin peşəkar inkişafına hər zaman xüsusi diqqət ayıran “Nar”, Azərbaycan Dillər Universitetinin Bakı Amerika Mərkəzi və “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin birgə təşəbbüsü ilə mayın 18-də keçirilən  “Karyera Günü və İş Yarmarkası”nda iştirak edib.

Yenixeber.org: Tədbir boyu ölkənin nüfuzlu şirkətlərinin nümayəndələri ilə bilavasitə ünsiyyət qurmaq imkanı əldə edən 200-dən çox tələbə və məzun, eyni zamanda “Azerfon” MMC-də (“Nar” ticarət nişanı) mövcud vakant iş yerləri haqqında məlumat alıblar. “Nar” satış, xüsusi müştərilər, biznesin təhlili üzrə mütəxəssis vakant vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan başqa, mütəxəssislər tərəfindən aparılan təqdimatlar zamanı gənclərə böyük şirkətlərdə işləməyin üstünlükləri, əmək bazarının real və tələbkar yanları, karyera planlaşdırılması, düzgün rezyume hazırlanması və müsahibə mərhələsinə hazırlıqla bağlı faydalı məlumatlar ötürülüb.

Qeyd edək ki, gənclərə dəstək və iş imkanlarına çıxışın təmin edilməsi “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasında yer alan istiqamətlərdən biridir. “Nar”ın davamlı olaraq həyata keçirdiyi KSM layihələri haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam