Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Kollec məzunlarının universitetə qəbul müəmması...- 6 ay keçsə də, heç nə hazır deyil

Kollec məzunlarının universitetə qəbul müəmması...

 

Ötən il "Təhsil haqqında" Qanunun 22-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən kollec məzunları ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul imkanından yararlana bilərlər. Hər iki təhsil müəssisəsində kredit əsaslı təhsil təşkil olunduğundan, subbakalavr təhsili alan şəxslərin ali təhsil müəssisəsinə qəbul olmaq üçün yenidən müsabiqə mərhələsini keçməsinə ehtiyac yoxdur. 

Yenixeber.org: Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov həmin vaxt açıqlamasında bildirmişdi ki, bu qaydalarda müəyyən olunacaq ki, hansı ixtisaslarla hansı ali təhsil müəssisələrinə daxil olmaq  olar. Burada toplanan kreditlər ali təhsil müəssisəsində hesablanacaq.

Bundan başqa, nazirlikdən əlavə edilmişdi ki, subbakalavr təhsili olan şəxslər digər tələbələrə nisbətən universiteti daha tez bitirə biləcəklər:

“Unifikasiya ona gətirib çıxaracaq ki, kollecdə keçirilən fənlərin böyük əksəriyyəti həm məzmun, həm də kredit sayı etibarı ilə ali məktəblərdəkilər ilə eyni olacaq.Tələbə bakalavriat səviyyəsi üzrə təhsil almağa başlayanda artıq həmin bakalavriat proqramının bir hissəsini subbakalavrda mənimsəmiş və onlara görə kreditini ödəmiş olacaq. Bunun hesabına da kollec məzunu olmuş və ali məktəbdə təhsil alan tələbənin təhsil müddəti qısalacaq. Yəni tələbə 2,5-3 il müddətinə artıq bakalavriat səviyyəsini bitirmiş olacaq”.

Yeni qaydaların hazırlanması və tətbiqi üçün qurumlara 6 aylıq bir müddət verilsə də, hələ də bu barədə ictimaiyyət məlumatlandırılmayıb.

 

Bu zaman belə bir sual yaranır: Kollec məzunları üçün bu il qəbul hansı qaydalara əsasən aparılacaq?

Təhsil eksperti Kamran Əsədov məsələyələ bağlı bildirib ki, hazırda qanunun tətbiq olunması üçün çatışmayan yeganə tərəf formatdır:

“Prezident 6 aylıq bir müddət qoymuşdu, ancaq hazırda vaxt bitsə də, qanunun tətbiqi ilə bağlı hər hansı bir iş görülməyib. 

Aydındır ki, birinci il müraciət kütləvi olacaq. Səhv etmirəmsə, müstəqillik dövründə bu günə kimi kollecləri 700 minə yaxın tələbə bitirib. Hazırda oxuyanların sayı 54 mindir. Bu zaman sual yaranır ki, bu tələbələrin hamısı oxumaq istəsə, vəziyyət necə olacaq? Axı universitetlərin o qədər kadr potensialı, resursu yoxdur.

Bundan başqa, hələ də bilinmir ki, qəbul Ali məktəblərə qəbul imtahanından sonra boş qalmış vakant yerlərə ayrılacaq, yoxsa ayrıca plan yeri olacaq?

Mən həm Təhsil Nazirliyinə, Həm də Nazirlər Kabinetinə elektron formada öz təkliflərimi göndərmişəm. 
Təklif edirəm ki, orta ixtisas təhsilini bitirmiş tələbələrin təhsil aldığı zaman topladığı ümumi bala əsasən orta bal çıxarılsın. Və beləliklə balı yüksək olanlar müsabiqəyə qoşulsun. Bundan başqa, bilirik ki, tələbələrin təqribən 40%-i kolleci fərqlənmə diplomu ilə bitirir.

Tələbələrin yerləşdirilməsi məsələsinə gəldikdə isə, hazırda bir çox kolleclər universitetlərin nəzdində fəaliyyət göstərir. Odur ki, burada bir çıxış yolu var. Hər kəs universitetdə sırf bitirdiyi ixtisas üzrə təhsilini davam etdirsin. Məsələn, pedoqoji kolleci bitirən elə Pedoqoji Universitetə daxil olsun. 

Nəyin bahasına olursa olsun, bu il qəbul aparılacaq. Ancaq xeyli cavabı açıq qalmış suallar var.

 

Əvvəllər kolleclərdə hüquq ixtisası da var idi. Onların qəbulu necə aparılacaq? İxtisası ləğv olunmuş şəxslərin qəbulu necə aparılacaq? Və yaxud tibb bacısı ixtisası üzrə təhsil alanlar Tibb Universitetinəmi daxil olacaq?

Bu yaranmış suallarla bağlı da nazirliyə dəfələrlə sorğu göndərsəm də, cavab ala bilməmişəm. Nazirlər Kabinetindən isə cavab gəlib ki, qanun qəbul edilib, Prezident tərəfindən imzalanıb, sadəcə qaydalar müəyyənləşməyib və üzərində işçi qrupu işləyir.

Bugünkü gündə insanlar narahatdır. Həmin tələbələrin böyük əksəriyyəti qəbul imtahanlarında iştirak etməyib. Fikirləşirlər ki, qanunda edilmiş dəyişikliyə əsasən imtahansız universitetlərə qəbul olacaqlar. Bu təcrübə dünyada var və uğurlu bir addımdır”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam