Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Özlərini dolandıra bilmirlər, qızları necə oxutsunlar?”- Kürdəmirin Sığırlı kəndi

“Özlərini dolandıra bilmirlər, qızları necə oxutsunlar?”

 Sosial şəbəkələrdə Kürdəmirin Sığırlı kənd C.Əsgərov adına tam orta məktəbində qızların təhsildən yayınma halları, müəyyən sinifdən sonra məktəbdən uzaqlaşdırıldıqları haqda məlumatlar yayılıb.

Yenixeber.org: Məsələ ilə bağlı açıqlama verən C.Əsgərov adına tam orta məktəbin direktoru Bəycan Mürşüdov 9-cu sinifdən sonra qızların təhsillərini davam etdirmədiyini bildirib:

"Valideynlərin qızları oxumağa qoymaması ilə bağlı deyilənlər yalandır Hazırda məktəbimizdə 95 qız təhsil alır. 9-cu sinifə qədər təhsil məcburidir. Amma 10-11-ci siniflərdə tədris könüllü olduğu üçün qız şagirdlərinin sayı azdır. Yuxarı siniflərdə hər qrupda 3-4 qız var. Kənd yeridir iş yoxdur. Özlərini dolandıra bilmirlər, qızlarını necə oxutdursunlar? Onun əyninə, başına, geyinməyinə pul lazımdır. 9-10-cu sinifdən çıxıb, texnikoma gedən qız şagirdlər də var. Keçən il yuxarı siniflərdə 7 qız var idi. Onlardan 6-sı ali məktəbə qəbul oldu. Ən yüksək 582 balla Qaybalıyeva İlahə Daşdəmir qızı İqtisad Universitetinə qəbul oldu."


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam