Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Cəlilabadın baş həkimindən şikayət: tibb bacısını 24 saat işlədir— FAKTLAR

 

 

Cəlilabad şəhər sakini, tibb bacısı Ülviyyə Ağayeva çalışdığı rayon Mərkəzi Xəstəxanasının baş həkimindən şikayətçidir. Ü.Ağayeva 2013-cü ilin avqust ayından etibarən həmin xəstəxananın Cərrahiyyə şöbəsində tibb bacısı işlədiyini bildirir.


Yenixeber.org: Ü.Ağayeva redaksiyamıza göndərdiyi müraciətində qeyd edir ki, əmək müqaviləsinə əsasən gündəlik 8 saat, həftəlik isə 40 saatdan çox işləməməlidir. Yəni iş müddəti ay ərzində 160 saat olmalıdır. Lakin Ü.Ağayeva işinin 192 saat olduğunu və baş həkimin onu 32 saat artıq işə cəlb etdiyini iddia edir: 


“İşlədiyim artıq saatların da məvacibləri verilmir. Bir gündə 24 saat işdə oluram. Bu qanunsuzluqla bağlı baş həkim İlham Əliyevə dəfələrlə müraciət etmişəm. 


O isə Əmək Məcəlləsini deyil, özünün prinsiplərinin üstün olduğunu qeyd edir, bu azmış kimi “hara ürəyin istəyir şikayət et, kimsə mənə heç nə edə bilməz” deyərək, məni otağından qovur. 

Bununla bağlı Cəlilabad rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Rasim Bəhramova yazılı müraciət etdim, lakin cavabsız qaldı. 


Növbəti dəfə həm baş həkimin, həm də həmkarlar təşkilatının qanunsuzluqları ilə bağlı Səhiyyə Nazirliyi Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublika Komitəsinə müraciət etdim. Təəssüf ki, bu şikayətim də baş verən qanunsuzluqlara son qoyulmasına səbəb olmadı. İş yerimdə həm həmkarlar təşkilatının sədri, həm də baş həkim tərəfindən təzyiqlərə məruz qaldım və hazırda da bu təzyiqlər davam edir. Hansısa “sehrli əllər” baş həkimi müdafiə edir. Halbuki rayon əhalisini dövlətdən narazı salan odur – baş həkim İlham Əliyev”.
 

Şikayətçi qeyd edib ki, son ümid kimi məsələ ilə bağlı Prezident İlham Əliyevə yazılı şəkildə müraciət edib: 


“Həmin müraciətin surətini səhiyyə naziri Oqtay Şirəliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərinə, Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevə, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovaya da göndərmişəm. Müfəttişlik Xidməti məktubuma cavab olaraq məsələnin araşdırıldığını və bununla bağlı məni region üzrə Dövlət Əmək Müfəttişliyinə dəvət etdilər. Həmkarlar İttifaqı Respublika Komitəsi isə müraciətimə yazılı şəkildə cavab göndərdi ki, Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən gündəlik işin (növbənin) müddəti 12 saatdan artıq ola bilməz və məsələnin həll edilməsinin nəzarətə götürülməsi Şuranın sədri Rasim Bəhramova həvalə olunub”. 

 
Tibb bacısı Ü.Ağayevanın tələbi ondan ibarətdir ki, pozulmuş hüquqları bərpa olunsun və iş vaxtı qanuna uyğun formada tətbiq edilsin. 

 
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mövqeyini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirdi ki, biz hüquqi dövlətdə yaşayırıq və rəhbər işçi ilə adi işçi arasında olan mübahisəli məsələlər də hüquq müstəvisində həll olunur: 


“Şikayətçi xanım bununla bağlı məhkəməyə müraciət edərək öz hüquqlarını bərpa etsin. Çünki 70-dən çox rayon var, hər bir rayon xəstəxanasının da 1400 işçisi var. Hər işçi ilə rəhbər arasında yaranan məsələyə Nazirlik münasibət bildirməli deyil. Biz hüquqi dövlətdə yaşayırıq, əgər o xanım hesab edirsə ki, hüquqları tapdalanıb, o zaman rayon Məhkəməsinə baş həkimdən şikayət versin. Baş həkim də, şikayətçi də Azərbaycan vətəndaşlarıdır. Məhkəmə də Azərbaycan vətəndaşları üçündür, müraciət edib mübahisəli məsələni həll etsinlər”.

 
Məsələyə baş həkimin münasibətini öyrənmək istədik. Lakin əlaqə saxlamaq cəhdimiz baş tutmadı. Dəfələrlə zəng etsək də məlum oldu ki, baş həkimin mobil telefonu söndürülüb. Rayon xəstəxanasının əlaqə nömrələri isə zəngimizə cavab vermədi.

 
Qeyd edək ki, şikayətçi Ülviyyə Ağayevanın himayəsində iki azyaşlı övladı var. Uşaqlardan biri sağlamlıq məhdudiyyətlidir.(azadinform)


Mövzunu diqqətdə saxlayacağıq.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam