Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Katibələri Land Crusier-də gəzir” –FHN-ə sərt ittiham

 

 

 


“Ölkəmizdə dünyanın əksər ölkələrində olmayan bir nazirlik var - Fövqəladə Hallar Nazirliyi. Dövlət büdcəsindən bu nazirliyə on milyonlar ayrılır, o da həmin pulun çox hissəsini ofşor hesablara köçürür, qalanı ilə də “kasıbçılıq” edir”. 
Yenixeber.org: Bunu keçmiş millət vəkili Gültəkin Hacıbəyli FHN-in yanğınsöndürmə əməliyyatlarını şərh edərkən deyib. O, qeyd edib ki, birmərtəbəli Narkoloji Dispanser binasında 25 nəfər insan yanıb külə döndü amma FHN yanğını söndürə bilmədi: “Dənizdə neftçilər batır, xilas edə bilmir, məlum olur ki, xilasetmə texnikası yoxdur, sağ qalan neftçiləri BP-nin gəmisi platformadan çıxarır.
Şəhərin mərkəzində səhərdən axşamadək yaşayış binası yanır, məlum olur ki, beş mərtəbədən yuxarı qalxan kranları, adi xilasetmə döşəkçələri yoxdur. Nəticədə uşaqlı-böyüklü 15 vətəndaşımız saatlarla imdad diləyə-diləyə tüstüdən boğulub ölür.
Elementar xilasetmə texnikaları yoxdur, ancaq nazirlikdə məsul vəzifəlilərin nəinki özləri, hətta katibələri də aşağısı Land Crusier-də gəzir”

  
G. Hacıbəyli bildirib ki, bu gün də 8-ci kilometr ərazisində yerləşən “Diqlas” ticarət mərkəzi yanıb külə dönüb, orada çalışan insanlara böyük maddi ziyan dəyib amma FHN həmişə olduğu kimi obyekt yanıb külə dönəndən sonra yanğını “söndürüb”: “Siz, ümumiyyətlə, yanğın bitməmiş FHN-in hansısa yanğını söndürməsi faktını xatırlayırsınız?! O zaman bu nazirlik nəyə lazımdır?! Kimlərinsə qohum-əqrabalarına, katibələrinə lüks həyat yaşatmaq üçünmü, yoxsa ofşorlara rahat pul daşımaq üçünmü?! Belə səriştəsiz, yarıtmaz, korrupsioner idarəetmə ilə ölkəni diz çökdürdülər”.(“Yeni Sabah”)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam