Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Alı Alıyev növbəti səyyar qəbul keçirib-Babı kəndində

 

 

Yenixeber.org: Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Babı kəndində keçirilib.

Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib. Alı Alıyev deyib ki, Babı kəndində əhalinin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, kənd sakinləri məcburi köçkünlər üçün nəzərdə tutlan güzəşt və imtiyazlardan istifadə edirlər.

Babı kəndində məktəb, poçt, uşaq bağçası, tibb məntəqəsi, kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Bildirilib ki, kənd sakinlərindən 148 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyir, 131 nəfər isə pambıq, barama, müxtəlif istehsal sahələrində çalışmaqla məşğulluqlarını təmin edirlər.

Səyyar qəbulda rayonun xidmət təşkilatlarının gördükləri işlərə dair hesabatları dinlənilib.

Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.

Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam