Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AQTA-dan sahibkarlara müraciət- "Bu məhsulları satmaq qadağandır"

 

Yenixeber.org: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib.

Müraciətdə deyilir ki, istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələrinin istehsalı, saxlanması, satışı və tətbiqi yolverilməzdir.

Agentlik tərəfindən istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu yerində müəyyənləşdirmək üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə inventarlaşdırma komissiyası yaradılıb.

Sahibkarlara bir daha müraciət edilir ki, əgər öhdələrində istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qablaşmaları varsa, dərhal bu barədə Agentliyə məlumat versinlər. Əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam