Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

1300 nəfər "əlillikdən qurtuldu"- Büdcəyə 3 milyonluq qənaət

1300 nəfər "əlillikdən qurtuldu" - Büdcəyə 3 milyonluq qənaət

“Əlilliyin müəyyən edilməsində nöqsanlar kifayət qədər azalıb. Səhiyyə Nazirliyi ilə birlikdə aparılan tədbirlər nəticəsində bir il ərzində əlilliyin müəyyən edilməsi üzrə say 60 faizdən çox azalıb”.

Yenixeber.org: Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, təkcə birinci qrup üzrə rəqəm 70 faiz azalıb:

“Ötən il ərzində 1055 nəfərə, bu ilin təkcə yanvar ayında 200-dən çox şəxsə saxta əlilliyin verildiyi məlum olub. Ümumilikdə 1300 saxta əlilliklə bağlı qərarlar ləğv edilib. Həmin şəxslərə sonrakı ödənişlər dayandırılıb. Bununla da büdcəyə 3 milyon manat qənaət edilib. Saxta əlilliyin verilməsində ödənilən vəsait geri qaytarılıb. Bu vəsait təxminən 1 milyon manatdan artıqdır”.

Nazir bildirib ki, korrupsiya ilə bağlı müraciət ciddi nəzarətə götürülür:

“Daxili nəzarət tədbirləri nəticəsində 10-dan çox halla bağlı özünümüz Baş Prokurorluğa müraciət etmişik. Artıq onlardan bir neçəsi həbs edilib. Fakt təsdiqi tapmadığı halda, problemin texniki səhvə görə müyyən edilsə də həmin əməkdaşlara inzibati cəza verilib. Ötən il ərzində 600 əməkdaşa incibati cəza verilib. Onlardan 80-i işdən azad edilib, 500-dən çoxuna töhmət verilib. Təsdiqini tapan hər bir faktla bağlı tədbir görülüb. Vətəndaşlara müraciət edirəm ki, bizim sahə ilə bağlı istənilən sual barədə nazirliyə müraciət etsinlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam