Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nar” uşaqlara növbəti dəstəyini göstərib

   

“Nar” uşaqlara növbəti dəstəyini göstərib
“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində “autizm spektr pozuntuları” diaqnozlu uşaqlara növbəti dəfə dəstəyini göstərib.
Yenixeber.org: Belə ki, “Nar” autizm “spektr pozuntuları” diaqnozlu uşaqlarla işləyən "Birgə və Sağlam" İctimai Birliyini yüksəksürətli simsiz internet ilə təmin edib. “Nar”-ın təqdim etdiyi yüksəksürətli limitsiz internet sayəsində autizm sindromlu uşaqlar cəmiyyətə inteqrasiya olunmaları üçün lazım olan proqramlardan və dərs vəsaitlərindən yararlana biləcəklər. Bundan başqa, “Nar” şəbəkəsi vasitəsilə "Birgə və Sağlam" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Kashalata” kafedə çalışan yeniyetmə autizmli uşaqlar komputer və İT bacarıqlarını inkişaf etdirəcəklər və müxtəlif peşələrə yiyələnmələri üçün internetdən rahatlıqla istifadə edə biləcəklər. 

“Nar” bundan əvvəl də birliyin autizm simdromlu uşaqlarına öz dəstəyini göstərib və onların çalışdığı “Kashalata” kafe-atelyeni zəruri olan avadanlıqla təmin edib. Qeyd edək ki, autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və onların sosial bacarıqlarını artırmaq məqsədilə “Kashalata” kafedə autizmli yeniyetmə uşaqlar çalışır və müştərilərə özləri xidmət göstərir. "Birgə və Sağlam" İctimai Birliyinin reabilitasiya mərkəzi 70-dən artıq xüsusi qayğıya ehtiyacı olan autizm sindromlu uşaqlara təhsil xidməti verir. 

Qeyd edək ki, “Nar” xüsusi qayğıya ehtiyacı olan insanları daim diqqətdə saxlayır və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif addımlar atır. Mobil operatorun həyata keçirdiyi KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar. aa

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam