Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bu sektorda maaşlar artır:kadr axını ola bilər - Şərh

 

Gələn ildən özəl sektora aid vergi ödəyicilərinin gəlir vergisinə əhəmiyyətli güzəşt ediləcək.

Yenixeber.org: Bu sözləri iqtisadçı Samir Əliyev deyib. O bildirib ki, Vergi Məcəlləsindəki dəyişikliyə əsasən, bu sektorlarda işləyənlərin muzdlu işdən aylıq gəlirləri (8000 manatdan çox olmamaq şərti ilə) 7 il müddətində 0 dərəcə ilə vergiyə cəlb ediləcək: "Yəni 8000 manatdan çox maaş almırsa, gəlir vergisi verməyəcək. Göründüyü kimi, məqsəd özəl sektoru dəstəkləməkdir. Tədbirin strateji hədəfi isə kölgə iqtisadiyyatının azaldılması, daha da konkretləşdirsək, gizli əmək haqlarının rəsmləşdirilməsinə nail olmaqdır".

İqtisadçının sözlərinə görə, amma bu gün bir sıra özəl sektor sahələri var ki, onların əmək haqqı sistemi kifayət qədər şəffafdır və bu güzəşt həmin sektorda artıma səbəb olmayacaq:

"Söhbət bank sektorundan gedir. Bank sektorunda maaşlar yüksək olub və sosial vergilərdən qaçmaq məqsədi ilə əmək haqlarının gizlədiməsi baş verməyib. Son dövrlər azalma tendensiyası olsa da, yenə də orta aylıq əmək haqqından yüksəkdir. Yeni dəyişiklik özəl sektorun təmsilçiləri olan banklarda çalışanların maaş gəlirlərinin artmasına səbəb olacaq, bu isə dövlət sektrounu təmsil edən bankların (məsələn, Beynəlxalq Bank və Azər-Türk Bank) kadr bazasına mənfi göstərəcək".

İqtisadçı vurğulayıb ki, bu qərar kadrların dövlət banklarından özəl banklara axınına, bununla da dövlət banklarında xidmət keyfiyyətinin azalmasına səbəb ola bilər. Ona görə də iqtisadçı maliyyə sektoru, o cümlədən sığorta sisteminin də güzəşt mexanizminə daxil edilməsini məqsədəuyğun sayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam