Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısı müavinlərinə qarşı

 

Sevindik Hətəmov yerli camaatın bacarıqsız olduğunu əsas göstərərək, Laçından özünə müavin gətirəcəyini deyib 

"Xeberinfo.com":  Yardımlının icra başçısı Sevindik Hətəmov artıq ayrı-seçkilik etməyə başlayıb. Bu barədə JAM.AZ-a rayondan məlumat verilib. 

Məlumatda deyilir ki, icra başçısının ayrı-seçkilik etməsinin səbəbi kimi, onun yerli əhalinin dövlət işlərində bacarıqsız olması göstərilir. İddia olunur ki, Sevindik Hətəmov müvinləri ilə yola getmədiyi üçün Laçından adam gətirməyi düşünür. Və bunu bütün məmurların qarşısında açıq şəkildə bəyan edib. 

JAM.AZ-a verilən məlumatda deyilir ki, Hətəmovun əsas istəyi birinci müavin postuna və əsas fiqurlardan biri olan,başçının müavini, eyni zamanda sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Mirzəyevin yerinə başqasını gətirməkdir. Belə ki, Mirzəyevlə tender məsələlərinə görə yola getməyən icra başçısı onunla xeyli müddətdir münaqişəli vəziyyətdədir. Lakin Mahir Mirzəyevin hələ də güclü olması Hətəmovu çətin vəziyyətdə qoyur.

Birinci müavin Azər Xamıyev isə lap çoxdan icra başçısının hədəfindən olan fiqurlardan olub. Məlumatlarda vurğulanır ki, Hətəmov dəfələrlə onu işdən çıxarmağa çalışsa da, müəyyən səbəblərdən geri çəkilməli olub. Bu səbəblərin konkret nəyə bağlı olduğu isə məlum deyil. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam