Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

“WhatsApp”da yalan xəbər yayanlar müəyyənləşdiriləcək

Bunun üçün xüsusi bölmə yaradılacaq

Yenixeber.org:Hindistan hökuməti “WhatsApp” messencerində yalan xəbərlər yayan istifadəçilərin şəxsiyyətinin və olduğu yerin müəyyənləşdirilməsini tələb edir.

“Life” resursu yazır ki, məlumata görə, “WhatsApp” şirkətinin baş direktoru Kris Deniels və Hindistanın rabitə və informasiya texnologiyaları naziri Ravi Şankar Prasad arasında görüş keçirilib. Nazir hökumətin istəyini şirkət rəhbərinin diqqətinə çatdırıb. Onun sözlərinə görə, messencerdən məlumatların deşifrlənməsi tələb olunmur. Söhbət zorakılığa təhrik edən yalan xəbərlərin yayılmasında təqsirləndirilən insanların şəxsiyyətinin və İP ünvanlar almasının müəyyənləşdirilməsindən gedir.

Bildirilir ki, K.Deniels məsələ ilə bağlı son qərarını açıqlamayıb. O qeyd edib ki, ilin sonunadək “WhatsApp”da Hindistanda vəziyyətə nəzarət edəcək və yalan məlumatların göndərilməsinin qarşısının alınması üzrə plan hazırlayacaq xüsusi bölmə yaradılacaq.

Zorakılığa təhrik edən təsdiq edilməmiş məlumatların yayılması Hindistan cəmiyyətinin messencerdə əsas problemidir. Yalan məlumatlara görə son aylar ərzində təxminən 30 nəfər linç edilib.

Əhalisinin sayı 1,3 milyard nəfər təşkil edən Hindistanda “WhatsApp”da qeydiyyatdan keçən istifadəçilərin sayı 200 milyona bərabərdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam