Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Belə qidalanan insanların qoyundan fərqi yoxdurMəşhur professordan İNANILMAZ SÖZLƏR:

  • Məşhur professordan İNANILMAZ SÖZLƏR: Belə qidalanan insanların qoyundan fərqi yoxdur

Türkiyənin məşhur professoru Canan Karatay hesab edir ki, insan sadəcə taxıllarla qidalansa, qoyundan fərqi olmaz.

Yenixeber.org: Maraqlı və kəskin açıqlamaları ilə tez-tez diqqət çəkən kardioloq bu dəfə veqanlara müharibə elan edib. O, heyvan mənşəli qidalardan imtina edən insanlar haqqında fikrilərini belə ifadə edib:

“Taxıl heyvan yemidir. İnsan orqanizmi taxılların istifadə edilməsinə proqramlaşdırılmayıb. Taxıl yesək, qoyun kimi olarıq. Taxılla qidalansaq, taxıl beyinli olarıq. Veqan pəhrizi taxıl beyinli olmaq deməkdir. Veqanlar qısa ömürlüdür. Veqanlar yalnız taxıl yeyir, eynilə dovşan və qoyun kimi. Veqanlık xəstəlikdir. Quru paxlakimilər fəsiləsindən olan bitkilər çox əhəmiyyətlidir. Mütləq yeyilməlidir. Quru paxlakimilər taxıl deyil".

Daha sonra Karatay Çukurova Universiteti Su Məhsulları Fakültəsi tərəfindən aparılan tədqiqatda Türkiyənin başlıca duz istehsal mərkəzlərində istehsal olunan süfrə duzunun tərkibində miktoplastik tapılması barədə danışıb. O, bildirib ki, qaya duzu əslində çox əhəmiyyətli mineraldır:

“Duzsuz qalmaq infarkt və ifliclə nəticələnə bilər. Süfrə duzu təhlükəlidir. Rəfinə edilməsi lazımdır. Duz istehlak etməsək, həyat olmaz. Bütün sinir sistemində hər şeyin altında duz var. Duz olmasa, heç bir orqanımız çalışmaz. Təzyiqi yüksəldən şəkərdir. Duzsuz həyat olmaz. Qaya duzu ilə suyu qarışdırıb içə bilərsiniz. Bu, sağlam üsuldur. Zərərli məhsullar bunlardır: şəkər, çörək, un, şəkərli və qazlı içkilər".

Veqan pəhrizi nədir?

Veqan pəhrizi vegetarianlığın ən sərt formasıdır.Veqan Cəmiyyəti veqanizmi mümkün qədər bütün növ heyvan istismarı və amasızlığından imtina etməyə cəhd edən bir həyat tərzi kimi xarakterizə edir. Buraya heyvanların qida və ya digər məqsədlər üçün istismarı da daxildir. Bu səbəbdən, veqan pəhrizi heyvan əti ilə yanaşı, süd məhsulları, yumurta və heyvanlardan alınan maddələrdən imtina etmək deməkdir. Buraya jelatin, bal, boyaq, lutein, pepsin, şellak, albumin, zərdab, kazein və bütün D3 vitamin formaları daxildir.

Vegetarianlar və veqanlar çox zaman heyvan mənşəli qidalardan müxtəlif səbəblərə görə imtina edirlər. Onlar arasında ən böyük fərq heyvan mənşəli məhsulların qəbul edilə bilmək dərəcədi ilə bağlıdır.

Misal üçün, veqanlar və vegetarianlar rasionlarından əti sağlamlıq və ətraf mühit səbəbindən çıxara bilərlər. Veqanlar həmçinin bütün heyvanlardan alınan qidalardan uzaq durmağa üstünlük verirlər, çünki onlar inanır ki, bu onların səhhətinə və ətraf mühitə ciddi təsir edir. Etik səbəblərdən, vegetarianlar heyvanları qida üçün öldürməyin əleyhinədirlər, amma onlar heyvanlar müvafiq şəraitdə saxlanmaq şərtilə süd, yumurta kimi heyvan mənşəli qidaları yeməyi qəbuledilən hesab edirlər.

Digər tərəfdən, veqanlar inanır ki, fərqi yoxdur bu qida, geyim, elmi və ya əyləncə məqsədi üçündür ya yox, heyvanların insan istismarından azad olmaq haqqları var. Yəni onlar heyvanların hansı şəraitdə yetişdirilməsindən və ya saxlanılmasından asılı olmayaraq, bütün heyvan mənşəli məhsullardan imtina edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam