Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

MOSKVADA YENİ BİRLİK TƏSİS EDİLDİ -Vəkil Adəm Məmmədovdan açıqlama+ Fotolar

44389156_1741934299267794_6973138670756823040_n

Azərbaycandan, Türkiyədən və Rusiyadan olan bir qrup tanınmış ictimaiyyət nümayəndəsi Moskvadayeni birlik təsis ediblər.

Yenixeber.org: Azərbaycan, Rusiya və Türkiyə Mədəniyyət Birliyi yaradılıb.

Bu barədə məlumatı tanınmış Vəkil Adəm Məmmədov verib. Onun sözlərinə görə, uzun müddət ərzində aparılan müzakirələrdən və gərgin işlərdən sonra  Azərbaycan, Rusiya və Türkiyə Mədəniyyət Birliyinin yaradılmasına nail olunub.

Vəkil Adəm Məmmədov bildirib ki,  Birliyin yaradılmasında Türkiyənin Rusiyadakı səfiri Hüseyn Deriozün də rolu olub: “Türkiyənin Rusiyadakı səfiri Hüseyn Deriozun xeyir-duası ilə Azərbaycan, Rusiya və Türkiyə Mədəniyyət Birliyinin yaradılmasına nail olduq.  Hörmətli səfirlə təxminən iki saatdan çox müzakirələr apardıq və bir sıra məsləhətlər, tövsiyələr verildi.  Hansı ki, bunlar bizim  üçün cox böyük əhəmiyyət daşıyır”.

Moskva şəhər Vəkillər Palatasının sədr müavini, hüquq elmləri namizədi və vəkil Elnur Hacıyev birliyimizin həmtəsisçilərindən olmaqla, prezidenti seçildi. Ona böyük uğurlar arzu edirəm!

Mən isə birliyimizin həmtəsisçisi olmaqla, 1-ci vitse-prezidenti, İlqar Abdullayev, Rizvan Əsgərov və Öz Hulki bəy isə birliyimizin həmtəsisçiləri olmaqla, vitse-prezidentlər seçildilər”.

Adəm Məmmədovun sözlərnə görə, Birliyin fəaliyyətini qısa müddətdə genişləndirmək və gücləndirmək niyyətindədirlər: “ Biz Azərbaycan, Türkiyə və Rusiya xalqları arasında mədəni əlaqələrin, dostluğun daha da güclənməsi, ortaq dəyərlərin inkişaf etdirilməsi istiqamətində ciddi işlər həyata keçirmək niyyətindəyik. Birliyimizin yaxın gələcəkdə geniş təqdimatını gecirərək, məramımızı ictimaiyyətə açıqlayacağıq.”(azpolitika)

234

1


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam