Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

BAŞLI BAŞINI SAXLASIN ZAMANI GƏLDİ AZƏRBAYCANDA !!!

 

 

O gün Azərbaycanda ədalətin başını kəsdilər, haqqı qətlə yetirib, dövlətçiliyin edam fərmanını verərək, dövləti dar ağacıdan asdılar.

 

Yenixeber.org: Hamı “Qaçqınkom” Əlinin nəvəsinin həbsdən buraxışmasının, APA-nın “salamsız-kəlamsız” bağlanmasının, ictimai nəqliyyatda gedişhaqlarının qaldırılmasının, intihar statistikasnın kritik həddi aşmasının, adamların müxtəlif bəhanələrlə həbsinin  necə də böyük dəhşət olduğunu və bu olaylardan sarsıntı keçirdiyini izhar etməyə çalışan yazılar, məqalələr, statuslar yazır, açıqlamalar verir, bəyanatlar yayınlamaqla məsələyə münasibət bildirir. Razıyam, gerçəkdən də dəhşətli şeylərdi, sarsıdıcı təəssüratlar yaradır. Amma illərdən bəri mənəviyyatı zorlanan, ərazisi işğal edilən, sərhədləri dğıdılan, əxlaqına təcavüz olunan, tarixi saxtalaşdırılan, keçmişi-gələcəyi hərraclarda su qiymətinə satılan, halal çörək nə olduğunu bilməyən, haram yeyməklə bütöv bir nəsil böyüdən, şəhid analarının dilənməsinə biganə qalan, atası sağkən körpələri yetim qoyulan, əri varkən gəlinləri dul qalan, analarının göz yaşı qurumayan, atalarının qüruru tapdaq edilən, müəllimi bihörmət, həkimi şəfqətsiz, alimi elmsiz, din xadimi dinsiz, prokuroru vicdansız, hakimi ədalətsiz, məmuru harın, milli qəhrəmanı killer-qatil, naziri bandit-dələduz, generalı başkəsən, ziyalısı yaltaq, şairi qorxaq, deputatı lal-kar, görməli gözləri kor, duymalı ürəkləri daş, eşitməli qulaqları kar olan toplumda bu kimi halların baş verməsi qayət normal sayılmalıdı məncə. Fərdi məsələ deyil bunlar, toplum olaraq gəldiyimiz yerdi burası. Biri ölüm hökmünü qaytaraq deyir, digəri qanuna linç, daş-qalaq maddələrini salmaqdan danışır, ama bir kimsə də demir ki, bu cür yaşamaq olmaz, toplumu insanlıq halına gətirə bilmək üçün qlobal tədbirlərə ehtiyac var. Bu da mənim məsələyə münasibətim olsun, olanlar olmuşların mabədi, olacaqların anonsudu !!!!!!!!!!!!!!!!!!

Amma bu arada bir deyəcəyim də var, bütün bu olar-olmazların srasında “Qaçqınkom” Əlinun nəvəsinin məhkəmə zalından, məhz o dəhşətli hadisənin ildönümü münasibəti ilə (bəli, bəli səhv başa düşmədiniz, məhz ildönümü münasibəti ilə – S.Ə.) məhkəmə zalından buraxşması, olub-bitənlərin kulminasiya nöqtəsinə vardığı, pik həddinə çatdığı anlamına gəlir. Bunun normal dildə izahı və olayın sözlə ifadəsinin bizim türkcəmizə tərcuməsi isə belə səslənir:

“O gün Azərbaycanda ədalətin başını kəsdilər, haqqı qətlə yetirib, dövlətçiliyin edam fərmanını verərək, dövləti dar ağacıdan asdılar. Daha nə dövlətçiliyimiz var, nə də dövlətimiz, başlı başını saxlasın zamanı gəldi Azərbaycanda!” !!!

Sərdar ƏLİBƏYLİ (P.S. Nota)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam