Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ucuz gün eynəklərinin sağlamlığa zərəri– Həkim RƏYİ

Yay mövsümündə gün eynəkləri ən dəbdə olan aksesuara çevrilir, lakin insanlar imkan daxilində ucuz və bir o qədər də keyfiyyəti olmayan gün eynəklərindən istifadə etməməlidir

Yenixeber.org: Bunu oftalmoloq-cərrah Azər Kərimov deyib.
A.Kərimov qeyd edib ki, əksəriyyət ucuz eynəklərin onların gözləri və ümumi səhhətləri üçün ziyanlı olduğunun fərqində deyil:
“Ucuz qiymətə satılan eynəklərin şüşələrinin materialları orijinal eynəklərdən fərqlidir. Ucuz qiymətə satılan gün eynəklərinin optik şüşələri tam orqanik olmur, hansısa plastik materiallardan hazırlanır. Bu eynəklərin şüşələrində xüsusi örtüklər və qatlar olmur. Bunlar olmadığına görə də həmin eynəklər orijinal eynəklərin verdiyi rahatlığı verə bilmir, işıq keçiriciliyi fərqli olur”.
Oftalmoloq-cərrah bildirib ki, ucuz qiymətə satılan eynəklərin şüşələrində şəffaflıq zəif olduğundan göz obyekti yaxşı fokuslaya bilmir:
“Göz yaxşı fokuslaya bilməyəndə isə beyin 2-3 qat çətinliklə işləyir. Ucuz eynəklərdən istifadə edən bəzi adamlar hansısa obyekti iki gördüklərini, bəziləri isə ürəyinin sıxıldığını və s. deyə bilər. İşıq bir az zəif olan zaman həmin eynəklərdən istifadə göz üçün daha çətindir. Çünki bu eynəklərdə polaroid funksiyası yoxdur”.
Lakin A.Kərimov bütün hallarda gün eynəklərindən istifadənin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ultrabənövşəyi şüalar gözlərə hətta ucuz gün eynəklərindən daha çox zərər vurur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam