Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tikintisi yarımçıq qalan bina ucuz qiymətə satılır

Tikintisi yarımçıq qalan bina ucuz qiymətə satılır

 

 

Xaçmaz rayonunda tikintisi yarımçıq qalmış dövlət obyekti hərraca çıxarılacaq

 

Yenixeber.org: Bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, 06 mart 2018-ci il tarixdə saat 10:00-da Xaçmaz şəhərində təkrar hərraca çıxarılacaq tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötən və tikintisi başa çatdırılmayan internat məktəbinin yarımçıq tikilisi hərraca çıxarılır. Ümumi satış qiyməti 35000 manatdır. Hərracda iştirak etmək istəyənlər məbləğin 10 faizini ödəməlidirlər.

Hərracda iştirak etmək istəyənlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək sənədləri təqdim etməlidirlər.

İştirakçı şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN), Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd, (10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir) təqdim etməlidir.

Qeyd: Hərrac Xaçmaz şəhərində yerli hərrac komissiyası tərəfindən keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam