Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qulaq cingiltisi zəlzələdən xəbər verir?– İDDİA + VİDEO

Qulaq cingiltisi zəlzələdən xəbər verir?

 

Qulaqda yaranan cingiltili səslər zəlzələnin olacağından xəbər verir. Belə bir iddia ilə Şəmkir rayon sakini Elman Mustafayev çıxış edib

 

Yenixeber.org: O, zəlzələnin 1 həftə öncədən baş verəcəyini qulağına gələn cingiltili səslərdən bilir.

Elman Mustafayev iddia edir ki, 30 il ərzində apardığı araşdırma zamanı belə qənaətə gəlib ki, zəlzələ baş verməzdən 5-7 gün əvvəl insan qulağında cingiltili səslər əmələ gəlir. Buna səbəb kimi, zəlzələ ocaqlarından yayılan elektromaqnit dalğalarının yayılmasını göstərir.

Elman Mustafayevin sözlərinə görə, zəlzələnin hansı ölkədə və nə gücdə baş verdiyini dəqiq bilmək mümkündür. Bunun üçün isə onun bir neçə təklifi var.

Bu məsələyə münasibət bildirən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirir ki, belə iddianın heç bir elmi əsası yoxdur.

Onun sözlərinə görə, Azərbaycanda zəlzələ ocaqlarında 35 stansiya, gözləmə rejimində isə 12 stansiya var. Bu stansiyalarda geomaqnit dalğalarını ölçmək üçün Amerikan tipli maqnetometrlər də quraşdırılıb.

Mütəxəssis bildirir ki, bu cür iddialarla quruma müraciət edənlər də çox olur. Ancaq araşdırma zamanı bu iddiaların heç birinin elmi əsasının olmadığı ortaya çıxır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam