Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda 27 yaşayış məntəqəsinin adı dəyişdirilir

Azərbaycanda 27 yaşayış məntəqəsinin adı dəyişdirilir

 

Milli Məclisi yanında Toponimiya Komissiyasının növbəti iclası keçirilib

 

Yenixeber.org: Parlamentdən verilən məlumata görə, Komissiyanın sədri, akademik İsa Həbibbəyli bildirib ki, ölkənin 1 şəhərindən və 14 rayonundan bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə əlaqədar icra hakimiyyətlərinin müraciətləri Toponimiya Komissiyasına daxil olub.

Həmin müraciətlərdə, həmçinin addəyişmə məsələsi ilə bağlı yerli əhalinin keçirdiyi yığıncaqların protokollarında bu komissiyadan ümumilikdə 27 yaşayış məntəqəsinin adının dəyişdirilməsi təklifinə rəy verilməsi xahiş olunur.

Azərbaycan dilinin qloballaşma şəraitində istifadəsi və inkişafına, saflaşdırılması və zənginləşdirilməsinə göstərilən dövlət qayğısından söz açan İsa Həbibbəyli ölkəmizdə bu istiqamətdə müxtəlif qurumlarda görülən işlərdən bəhs ediv. Bildirib ki, yer adları ya tarixi adın, ya da yerli toponimin bərpası prinsipi ilə dəyişdirilə bilər.

Sonra iclasda Yevlax şəhərindəki, AğsuAstaraGoranboyGöygölXaçmazXızıQazaxQubaMasallıOğuzSaatlıSamux və Şəmkir rayonlarındakı bəzi yaşayış məntəqələrinin adının dəyişdirilməsinə dair təkliflərə baxılıb. İşgüzar müzakirələrdə dilçi alimlər, Toponimiya Komissiyasının üzvləri, deputatlar ətraflı fikir mübadiləsi aparıblar. Əsasən çar Rusiyası dövründə və sovet hakimiyyəti illərində dəyişdirilmiş yer adlarının əvvəlki tarixi adlarla əvəzlənməsi, həmçinin XX əsrdə sovet ideologiyasının daşıyıcısı olan şəxslərin adları ilə adlandırılmış məntəqələrin yerli toponimlərlə adlandırılması məqsədəuyğun sayılıb. Təklif yenidən baxılmaq üçün müvafiq icra hakimiyyətinə qaytarılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam