Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyalılar ölkədə iqtisadi vəziyyətin daha da pisləşəcəyini gözləyirlər

Rusiyada sənaye istehsalı, əmək haqlarının artması və rublun möhkəmlənməsinə baxmayaraq, rusiyalılar ölkədə iqtisadi vəziyyətin pisləşəcəyini gözləyirlər.

Xeberinfo.com:   Bu barədə Rusiyanın məşhur “Levada-sentr” araşdırma şirkətinin yanvar ayı sorğusunun nəticələrində məlumat verilib. Sorğuya görə, rusiyalıların 78%-i ölkənin iqtisadi böhrana doğru irəlilədiyini bildiriblər.

Qeyd edək ki, şirkətin 2016-cı ilin sentyabr sorğusunda bu göstərici 74% təşkil edib. Bu bədbin əhval-ruhiyyə öz əksini makroiqtisadi göstəricilərdə tapıb. Belə ki, ötən il Rusiyada ÜDM-in 50%-dən çox hissəsini təşkil edən istehlak həcminin göstəricisində azalma qeydə alınıb.

Xatırladaq ki, bu gün, fevralın 20-də Rusiyada pərakəndə satışın yanvar göstəricisinin açıqlanması gözlənilir ki, proqnozlara görə, bu, mənfi rəqəm olacaq. Əgər belə olarsa, o zaman bu sektorda azalma ardıcıl 25-ci ay davam edəcək. Rusiya iqtisadiyyatında 2016-cı ildə 0,2% azalma olsa da, pərakəndə satış və əhalinin real gəlirləri 5% düşüb.

“Bank of America”nın eksperti Vladimir Osakovskinin sözlərinə görə, pərakəndə satışda azalma pensiya və sosial transferlərin real dəyərinin düşməsi ilə əlaqədardır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam