Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Bakıda orta maaş 777 manatı ötür

 

Bakı Şəhər Statistika İdarəsi paytaxtın sosial-iqtisadi göstəricilərini açıqlayıb. Novator.az-ın məlumatına görə, rəsmi hesabatda qeyd olunur ki, 2017-ci ilin yanvar-avqust aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 6,2 faiz azalaraq 20,8 milyard manat təşkil edib. Sənaye məhsulunun 81,7 faizi mədən sektorunda istehsal olunub.

 

Yenixeber.org: Statistika qurumu bildirir ki, sənayedə qeyri-dövlət sektorunun payı 81,4 faizdir. Ümumi istehsalın 85,9 faizi sənaye məhsulunun istehsalı, 14,1 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Hesabata əsasən, 8 ayda Bakının iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 9 milyard 109,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox vəsait yönəldilib. Ümumi sərmayənin 30,8 faizi dövlət, 69,2 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

2017-ci ilin 8 ayında pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-avqust aylarına nisbətən müqayisəli qiymətlərlə 2,1 faiz artaraq 11 milyard 732,5 milyon manat olub.

İctimai iaşə dövriyyəsinin həcminin əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 faiz artdığı, 569,1 milyon manat olduğu bildirilir.

Yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 0,9 faiz azalıb.

Yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 7,6 faiz artaraq 777,9 manat olub.

Nəqliyyat müəssisələrində çalışan çalışanların orta aylıq əməkhaqqı 850 manat, rabitə müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqı 1087 manat təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam