Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BİTMƏYƏN YALANLAR:PROBLEM

BİTMƏYƏN YALANLAR:

 

      Yenixeber.org:   Bu yaxınlarda Respublika Baş Dövlət Yol Polisi İdarəsi Bakıda və Bakı ətrafı ərazilərdə qanunsuz sərnişin daşınmalarına qarşı reydlərə başladı. Hardan? İlk öncə "20 Yanvar" metro stansiyasının qarşısından. Gözünə döndüyüm Yol Polisinin uzun araşdırmalarından məlum olub ki, sən demə bu metro stansiyasının yanından müntəzəm olaraq onlarla kiçik tutumlu avtobus qanunsuz sərnişin daşıyır. Bu yerdə adam istəyir ki, yol polisimizə ürəkdən bir alqış və əhsən deyə. Çünki orda açıq və iti görən göz lazımdır ki, illərlə görünməyən bu yaramazlığı qəfildən görəsün və buna qarşı çox ciddi mübarizə tədbirləri həyata keçirsin. Bax, buna deyərəm yol polisinin operativliyi. İşləyəndə də belə işləyərlər ey.

   Yol Polisinin bu reydi haqqında ğlüstü qəzetlər yazdı, televiziya kanallarımız kadırlar göstərdi. Qəzetləri oxuyanlar, kanallara baxanlar (təbii ki, bu qanunsuzluğu bəyənməyənlər, qayda-qanun istəyənlər, iyrəncliklə barışmayanlar) çox sevindilər və şükür etdilər. Axır ki, polis onların istədiyi rahatlığı yaratdı. Amma... Bax, bu amma ki, var o çox vaxt adama acı həqiqəti görməyə şərait yaradır. Və sən də bu acı həqiqəti görüb sənə yalan informasıyanı verənin, səni aldadanın yeddi arxadönənini söyürsən ki. bir balaca için rahatlansın. Ancaq yenə ürəyin soyumur. İçindən qayda-qanun yaratmaq, rahatlığını təmin etmək, sənə verilmiş anayasa hüququndan yararlanmaq üçün Allah eləməmiş teror filan eləmək keçir beynindən. Hər şeyi vurub- dağıtmaq, səni aldadanları, haqqını yeyənləri məhv etmək, illərlə beyninə yeridilən, qırmızı-qırmızı gözünün üzünə deyilən yalan "həqiqətlərdən" bir dəfəlik qurtarmaq istəyirsən. Həqiqəti, düzlüyü görüb insan kimi qanunlarla yaşamaq, onunla nəfəs almaq keçir ürəyindən. Amma iri buynuzlu məmurlar, rüşvətxorlar, işinə məsuliyyətsiz yanaşanlar, özünü məmləkətin Allahı sananlar buna imkan vermirlər. Ona görə ki, qanunun aliliyi, kəsərliliyi onlara lazım deyil. Çünki illərlə əliəyriliyə, rüşvətə, harama öyrənib. Bundan ayrılıb, uzaqlaşıb, qopub həqiqətə, doğruya bir addım atsa qapazaltı olar, vəzifə kürsüsünü itirər, arvad. uşaq yanında qınaq, danlaq hədəfinə çevrilər. Axı belələri danlağa, üzü tüpürcəkliliyə elə öyrəşiblər ki, bunsuz onların həyatının qara qəpiklik dəyəri yoxdur. Onların həyat amalı budur: Sən məni danla, təhqir elə, lap ölənlərimin göruna söy, ürəyin istəyəndə döy, amma çörəyim çıxan yeri qapatma. Mən səni də dolandıracam, özümdə dolanacam.

 BİTMƏYƏN YALANLAR:   

Sayğılı oxucular, yəqin ki, belə bir mahnı yadınızdan heç çıxmayıb "Yalan, yalan dünya". İfaçı bunu hayqıraraq, etiraz edərək oxuyur. Bu gün dünya böyük sürətlə yalana doğru gedir. Biz yalan içində doğuluruq, böyüyürük, yaşayırıq və sonda ya yalan içində ölürük. Bir ömür yalan içində hava uduruq. su içirik, yemək yeyirik. Bunların da hamsı yalandır, saxtadır. Sanki yalan dəmir məngənədir, arasında sıxır bizi. Çığırmaq, bağırmaq, imdad diləmək də özümüzə qalır. Biz bu yalanlarla əzilirik, sıxılırıq, aşağılanırıq, təhqir olunuruq, hörmətsizləşirik, insansızlaşırıq. Və birdən bütün bu yalanlara qarşı içimizdəki qəzəb, kin, nifrət üzə çıxır. Etiraz edirik, etirazımızı bildiririk. Ancaq çox təəssüf ki,eşidilmir, saya salınmır. Bizdə hayqırıb dünyanın üzünə tüpürüb, onu söyürük, onu yamanlayırıq. Axı, belə olmaz deyirik! Yoxsa Allah beləmi buyrub, beləmi deyib? Eləsə çox pis. Mən Allaha etirazımı bildirirəm, ona üsyan edirəm. Mənə belə yaşamaq lazım deyil. Əzrayılını göndər canımı alsın,-deyirəm.

    "20 Yanvar" metro stansiyası ətrafında baş verən qanunsuzluğu, hərc- mərcliyi, insana yaraşmayan davranışları, çığır- bağrı adamlar polislərin- bizim dincliyimizi, hüquqlarımızı, rahatlığımızı "təmin" edənlərin gözləri qarşısında edirlər. Hətta qanun "keşikçiləri" "xalturşiklərə" müştəri də tapırlar. Əl-əli yuyar, əldə üzü prinsipi ilə işləyirlər.   

    Hər kəsə məlumdur ki, "20 Yanvar" metro stansiyası Vətənimizin müstəqilliyi yolunda canından keçib şəhid olan insanların şərəfinə belə adlandırılıb. Gəlin görək bu şərəfə necə qiymət veririb, onların xatirəsini necə əziz tuturuq. Mənə görə biz bu yöndə çox millətlərdən geri qalırıq. Hər şeyi çörək qazanmaqla, pul yığmaqla  ölçürük. Bizdə görək birinci, ruh, mənəviyyat, dəyər sonuncudur. Təki axşam gedəndə evə bir tikə çörəyin pulunu aparaq, qalanları boş şeydir.

   Sizləri bilmirəm, mən ordan keçəndə həm utanıram, hə də əsəbləşib özümdən çıxıram. Axı bu qədər də başıpozuqlıq, dərəbəylik, qanunsuzluq olmaz axı! Burada adam əlindən, maşınlara müştəri çağranların bağırtısından, çığırtısından qulaq tutulur, alverçilər də öz yerində. Bilmirsən oradan necə keçəsən ki, səni zorla maşına basıb hansısa rayona aparmayalar. Bir dostum danışır ki, bir ay bundan qabaq "20 Yanvar"dan keçirdim. Taksilərin arasından yanpörtü keçirdim ki, birdən maşının qapısını açıb məni zorla salona saldılar. Anidən özümə gəlib and-aman elədim ki, a kişi, vallah, billah mən rayona getmirəm. Məni hara aparırsınız? Axı evdə arvad, uşaq məni gözləyir. Saxlan düşüm. Kimə deyirsən. Yekəpər sürücü iri əlini atdı çiynimə və dedi:- Az danış, otur yerində. Bu boyda yolu "klentsiz" gedəcəm? Qorxdum, dinmədim. Getdim Biləsuvara. İki gün orda qaldım, geri qayıtmağa pulum olmadı. Olub, qalanımı "xalturşik"olan yekəpər əlimdən almışdı. Nə isə bir xeyirxah insanın sayəsində iki gündən sonra arvad, uşağın yanına döndüm.

BİTMƏYƏN YALANLAR:    

Bəlkə də çoxununz bu olayı yazımın şişirtməsi kimi qəbul edəcəksiniz. Amma inanın ki, bu həqiqətdir. Metrodan çıxanda adamın üstünə elə tökülürlər ki, sanki qarğa leş üzərinə tökülür. Ağız deyəni, qulaq eşitmir. Polislər də onların yan- yörəsində ovqatı xoş halda fırlanırlar. Axı onların gündəlik gəliri bu bashabasdan, hay- küydən çıxır. Hətta bacarıqlı oğullar ticarət mərkəzinin qarşısına şlaqbaum da qoyublar ki, burda maşınları sərnişinlə doldurub yola salsınlar. Bir sözlə hər kəs burdan qazanc götürür. Özü də camaatın narahatlığı hesabına.

   Bunlar azmış kimi Yol Polisinin maşınları da ucadan səs siqinalları verə-verə ətrafı dolanırlar və eyni zamanda da səs gücləndirici ilə maşın sahiblərinə:- Ə, orda maşın saxlama deməmişəm! A bala, a kişi, adama nə qədər deyərlər?,deyə bar-bar bağrırlar.

  Adam bu yerdə özü-özündən soruşur ki, bu nə mədəniyyətsizlikdir, bu nə davranışdır, bu nə qanun nizamlamaqdır?! Niyə hər gün onlarla polis burda özəl takisiləri sağdan sola, soldan sağa qovmalıdır? Məyər yaxınlıqdakı binalarda yaşayanların səbri daça bilməz, hövsələsi daralmaz?! Bu qədər səs- küydə yaşamaq olar? Vallah, burdakı insanların daş dözümü varmış. Bir halda ki, qanun var. Niyə qanunun aliliyi, böyüklüyü ortaya qoyulmur? Səbəblərini məncə hər kəs bilir.

    Bütün bu baş verənlər azmış kimi burda təmizlikdən danışmaq lap gülüncdür. Zibil dizə çıxır.İllah da bir balaca külək ola, zibil qalxa havaya. Sənin də göz-başın zibillə dola. Bax,budur bizim şəhid ruhuna hörmətimiz, budur bizim təmiz Bakımız!

 

                               

Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam