Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Donbass Ukrayna torpağıdır

 

“Luqansk və Donetsk vilayətlərində baş verənlər Ukrayna hakimiyyətinin problemidir, çünki bu torpaq onlarındır”. 
"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Rusiyanın Baş naziri Dmitri Medevedev “Nezavisimaya qazeta”da çap etdirdiyi məqaləsində yazıb.

“Rəsmi Kiyev Donbassı öz əraziləri hesab edirsə, burada qayda-qanun yaratmalıdır. Necə ki, Rusiya Federasiyası Krımdakı vəziyyəti normallaşdırdı və insanlar öz evlərinə qayıtdı. Bu yarımada ilə bağlı Kiyevlə olan mübahisə də beləcə sona çatdı. Ukrayna isə öz ölkəsinin cənub-şərqində qayda-qanun yaratmaq istəmir”, - deyə Baş nazir vurğulayıb. 

Medvedev Ukraynanın Avropa Birliyinin Assosiasiya sazişinə qoşulacağı halda 15 milyard dollar itirəcəyini də qeyd edib:
“2015-ci ildə Gömrük İttifaqına daxil olan ölkələrin birgə səyi nəticəsində Rusiyaya işləməyə gələn ukraynalı sezon işçilərinin sayı da aşağı düşəcək. Bu da Ukraynanın Ümumi Daxili Məhsulunun 7 faiz azalması ilə nəticələnəcək. İşləmək üçün Rusiyaya gələn 6 milyon insan ümumilikdə 13 milyard dollar pul qazanırdı. Artıq yanvar ayının 1-dən başlayaraq ukraynalılar Rusiyada icazəsiz işləyə bilməyəcəklər”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam