Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sosial müavinətlə bağlı qaydalar dəyişdi

 

Sosial təminat növlərinin təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları dəyişdirilib.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

E.Babayev bildirdi ki, nazirliyin təklifinə əsasən Nazirlər Kabineti 311 nömrəli qərarla “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nı təsdiq edib.

Qaydalar ƏƏSMN-nin  şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzləri (ƏSMM) tərəfindən müvafiq kateqoriyalardan olan şəxslərə sosial müavinətlərin (dövlət qulluqçularına ömürlük müavinət və işsizlik müavinəti istisna olmaqla), Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının təkmilləşdirilməsinə xidmət edir.

Bu günədək qeyd olunan sahədə ayrı-ayrı normativ-hüquqi aktlarla tənzimlənirdisə, bundan sonra yeni təsdiqlənən qaydalara uyğun olaraq yerinə yetiriləcək. Qaydalarda sosial müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciətin edilməsi, bununla əlaqədar ƏSMM-lərə təqdim olunan ərizələrin qeydiyyata alınması və onlara baxılması, müavinət, təqaüd və kompensasiya təyin olunmasına baxılması və qərarların icrası, bu sosial təminat növləri üzrə işlərin qeydiyyatdan çıxarılması və qəbul edilməsi, bu işlərin saxlanılması prosedurları konkret şəkildə müəyyən olunub.

Qaydalarda ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlərin müraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yaranan gündən təyin edildiyi qeyd olunur. Həmçinin vətəndaşların sosial müavinət, təqaüd və kompensasiya təyinatı üçün şəhər, rayon ƏSMM-lərinə elektron qaydada və poçt vasitəsilə ərizə  ilə, habelə 16 yaşından yuxarı uşaqların bu məqsədlə müstəqil şəkildə müraciət edə bilmələri, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum olmuş şəxslərin isə bunun üçün ərizələrinin cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərildiyi bildirilir.

Ərizənin qeydə alınması barədə müraciət edən şəxsə bildiriş və qəbz verildiyi, ərizə poçtla və ya elektron qaydada göndərildikdə, Mərkəzin ərizənin daxil olduğu gündən ən geci 3 (üç) iş günü müddətində bu barədə ərizəçiyə məlumat göndərməli olduğu və s. proseduralar qaydalarda əksini tapıb. Bununla yanaşı, zəruri məsələlərdən biri kimi qaydalara 7 nömrəli əlavədə müavinət, təqaüd və kompensasiyaların təyin olunması üçün tələb olunan sənədlərin siyahısı müəyyən edilib.

Vətəndaşlar onlara qeyd olunan sosial təminat növlərinin təyin olunması üçün müraciət edərkən məhz həmin siyahıda əskini tapan sənədləri təqdim etməlidirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam