Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Günün xəbəri

Füzuli əhaliləri arasında ordu-xalq birliyi hökm sürür - FOTOLAR

 

Füzuli rayon sakinləri: Düşmənin dinc sakinləri hədəf seçməsi, onların qorxaqlığını, acizliyini gösstərir

 

Xeberinfo.com:  Aprelin 1-dən 2-ə keçən gecə erməni hərbi birləşmələrinin Füzuli rayonunun təmas xəttində törətdiyi növbəti təxribat xarakterli hərəkətlər, təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərin intensiv olaraq tanklardan, toplardan və digər artireliya qurğularından istifadə olunmaqla mütəmadi atəşə tutulması fonunda rayonunda əhalinin əhval ruhiyyəsi yüksək səviyyədədir. Düşmənin təxribat xarakterli hərəkətlərinə layiqli cavab verən ordumuzun cəbhənin bütün istiqamətlərində qələbə qazanması bütün Azərbaycan vətəndaşlarının, o cümlədən füzulililərin qəlbini qürur hissi ilə doldurmuşdur. Cəbhə xətti boyunca yerləşən Alıxanlı, Şükürbəyli, Mirzənağılı, Qazaxlar kəndlərinin sakinləri evlərini tərk etməyərək, gündəlik təsərrüfat işləri ilə məşğul olur, öz məişət qayğılarını həll edirlər. Bu rahatlıq və inam isə Azərbaycan dövlətinə və onun ordusuna inamdan qaynaqlanır.

Hazırda Füzuli rayonunda əhali arasında yüksək vətənpərvərlik əhval-ruhiyyəsi, ordu-xalq birliyi hökm sürür. Rayonun gəncləri, müharibə veteranları Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözlədiklərini, hər an döyüşə atılmağa hazır olduqlarını bildirirlər.

Düşmənlə təmas xəttində yerləşən Mirzənağılı kənd sakini, ağsaqqal Telman Səmədov, Qazaxlar kəndindən ağsaqqal Bayandur Şirinov, Alıxanlı kənd sakini ağsaqqal Camal Quliyev və başqaları son günlər cəbhə xəttində baş verən intensivlikdən qorxmadıqlarını, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər. Rayon sakinləri qeyd edirlər ki, ermənilərin dinc sakinləri hədəf seçməsi, onların qorxaqlığının, acizliyinin nümunəsidir. Füzulililər inanırlar ki, ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı qısa müddət ərzində işğaldan azad ediləcəkdir.

 

Düşmənin Azərbaycan əsgəri qarşısında tab gətirməyərək darmadağın olması, qaçması füzulililəri bir daha əmin etdi ki, xalqımızı qoruyan güclü ordumuz və ölkəyə rəhbərlik edən müdrik Prezidentimiz, Ali Baş Komandanımız var. 








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam