Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Horadizdə hərbi vətənpərvərlik mövzusunda tədbir - FOTOLAR

 

 

Horadiz şəhərində Bayraq Meydanında Füzuli rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri” devizi altında kütləvi hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib.

          Xeberinfo.com:   Tədbirdə N saylıhərbi hissənin əsgər və zabitləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani aprelin 2-dən 5-dək erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan ordusunun verdiyi layiqli cavabdan, düşmənə ağır zərbə vurmasından, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin azad edilməsindən, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışıb.

Tədbirdə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, cəbhədə baş verən son döyüşlərdə ordumuz öz gücünü, qüdrətini düşmənə bir daha göstərdi, Azərbaycan əsgəri qələbə çalmaq əzmini nümayiş etdirdi.  Alı Alıyev qeyd etdi ki, aprelin əvvələrində cəbhədə baş verən hadisələr bir daha Azərbaycanda ordu- xalq birliyini nümayiş etdirdi. Həmin günlərdə bütün xalq, həmçinin cəbhə bölgəsində yaşayan füzulililər ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, onun əmrini gözlədiklərini göstərdilər. Bu gün işğal altındakı torpaqlarımızı azad etməyə qadir olan güclü ordumuzun olduğunu bildirən Alı Alıyev Azərbaycan ordusunun düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə aldığını, vətənin keşiyində əzmlə dayandığını vurğuladı.

Sonra Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə yüksək fəxri ada layiq görülən, orden və medallarla təltif olunan hərbçilərə Rayon İcra hakimiyyəti tərəfindən Fəxri Fərman və nişanlar təqdim edilib

Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Xalq Artisti Samir Cəfərovun ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaradıb.

 

Hərbi vətənpərvərlik tədbiri iştirakçılarda nikbin duyğular yaradıb, qələbəyə inam hissini daha da artırıb.

















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam