İTM-dən "Azfar Med"ə 31 milyonluq sifariş- İLGİNC
İnnovasiya və Təchizat Mərkəzi "Azfar Med" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayacaq.
Yenixeberorg.com: Müqavilə tibb vasitələrinin satın alınması ilə bağlıdır. Buna görə şirkətə 31 174 538 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Azfar Med” QSC 1 iyul 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 81, mənzil 6-da yerləşir. QSC-nin qanuni təmsilçisi Tağı-zadə Toğrul Eldar oğludur.
Açıq mənbələrdə "Azfar Med” QSC və Toğrul Tağı-zadə haqqında heç bir məlumat yoxdur.(Qaynarinfo)









AZ
RU
