Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Anar Əliyev rəsmən QOÇULUQ EDİR... -NARAZILIQ VAR...

"

SOCAR və onun tərəfdaşları tərəfindən müharibə veteranlarına qarşı aparılan bu siyasətin (işdən azadolunma) arxasında kimlər durur və niyə?"

Yenixeber.org: Bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı özünün etiraz dolu müraciətində qeyd edib.

"Bahar ƏŞ-nin yeni böyüyü Anar Əliyev üçün marifləndirmə, başa salma" qeydi ilə qanunvericilikdən sitat gətirən NHMT sədri belə yazır:
"Azərbaycan Respublikası Əmək Məcəlləsinin Maddə 45.4. bəndi (Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır). 
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir..."
Mirvari Qəhrəmanlı daha sonra Birinci Qarabağ müharibə iştirakçısı Məmməd Qurbanovun gileyini təqdim edir. Beləliklə, "Bahar Enerji" ƏŞ- nin artıq sabiq hesab olunan işçisi yazır:
"Mən, Qurbanov Məmməd Qurbanoviç, Birinci Qarabağ müharibəsi iştirakçısı və müharibə veteranıyam. Vətən qarşısında göstərdiyim xidmətlərə görə 3 ədəd medalla təltif olunmuşam.
Bildirmək istəyirəm ki, 1992-ci ildən etibarən "Bahar Energy" şirkətinin Qum adasında yerləşən istehsalat sahəsində fəaliyyət göstərirəm. İş qrafikimin 10 ili "Kaprimonta" şirkətinin payına düşür. Uzun illərdir (təxminən 15 il) mənimlə bağlanan əmək müqavilələrinin müddətli olduğundan xəbərsiz olmuşam və müqaviləmin qanunla müddətsiz hesab edilməli olduğunu zənn etmişəm.
2026-cı ilin 27 yanvar tarixində mənə əmək müqaviləmin müddətinin bitdiyi bildirildi. Mən bu qərara etiraz edərək məsələni aydınlaşdırmaq məqsədilə şirkətin CEO-su Anar Əliyevin yanına getdim. Lakin qəbul zamanı ✅Anar Əliyev mənə qarşı etikadan kənar davranaraq hücum etmişdir (hadisə təhlükəsizlik kameralarına düşüb). O, məni zorla öz istəyimlə işdən çıxmağım barədə ərizəyə qol çəkməyə məcbur etsə də, mən bu qanunsuz tələbi rədd etdim.
Hüquqlarımın bərpası məqsədilə Dövlət Əmək Müfəttişliyinə müraciət etmişəm. Hazırda şikayətim əsasında iş başlanılıb və növbəti ayın 12-də Suraxanı Rayon Məhkəməsində iddiam üzrə məhkəmə prosesi keçiriləcəkdir..."
Bu müraciətin ardından NHMT sədri qeyd edir: Aldığım məlumatda o da qeyd olunur ki, Anar Əliyev Bahar ƏŞ-nə rəis təyin olunandan uzun müddət şirkətdə işləyən, qeyri qanunu müddətli Əmək Müqaviləsi bağlanmış (ARƏM maddə 45.4) neftçilər müqavilə müddətinin başa çatması ilə əlaqədar işdən azad olunur. Əvəzində şirkətin ofisinə çoxlu sayda yeni işçi qəbul olunmuşdur(????) SOCAR "siyasətinə"uyğun...".( "DİA-AZ")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam