Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qanunsuz lizinq, yüksək faiz – “Avto Kredit” qanunları necə pozur?/FOTOLAR

Qanunsuz lizinq, yüksək faiz – “Avto Kredit” qanunları necə pozur?
“Avto Kredit” adlı təşkilat müxtəlif avtomobilləri girov saxlamaqla yüksək faizlə vətəndaşlara qanunsuz kredit verir
Yenixeber.org: Azərbaycanda son illər avtomobil krediti, yaxud lizinq, girovu ilə pul verilməsi artıb. Sosial şəbəkələrdə reklam olunan müxtəlif təşkilatlar avtomobili girov saxlamaqla vətəndaşlarla yüksək faizlə pul verirlər. Qanunla qadağan olunmasına baxmayaraq sosial şəbəkələrdə bir çoxları açıq-aşkar bu fəaliyyətlərini reklam etməklə məşğuldurlar.
AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə qanunusuz lizinq fəaliyyəti ilə məşğulolanlar təşkilatlardan iri “Avto Kredit” adlı qurumdur. Məlumata görə, “Avto Kredit” adlı təşkilatın icazə lisenziyasının olmamasına baxmayaraq, bu qurum vətəndaşların avtomobillərini girov saxlayaraq yüksək faizlə kreditə pul verir.

Son illər hüquq mühavizə orqanları qanunsuz lizinq fəaliyyəti ilə məşğul olan qurumlara, şəxslərə qarşı mübarizəni gücləndirib. Bir müddət öncə qanunsuz lizinq fəaliyyəti ilə məşğul olan “Vüsal 300” kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu həbs edilmişdi. Vüsal Abbasova Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq, xüsusi külli miqdarda) və 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılaraq,haqqında məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Ancaq bir müddət sonra məhkəmə Vüsal Abbasovun həbsini ev dustaqlığı ilə əvəzləyib.
İnanınırıq ki, hüquq-mühafizə orqanları “Avto Kredit” təşkilatının qanunsuz fəaliyyəti ilə ciddi maraqlanaraq, vətəndaşlara yüksək faizlə kredit verən bu qurumun əməkdaşları barədə müvafiq tədbir görəcək.









Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam