Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq:Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində müxtəlif qurumlar var. Onlardan biri də Sosial Xidmətlər Agentliyidir. Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri isə Vüqar Behbudovdur. Hazırda bir sıra müəssisələr həmin agentliyin tabeliyində fəaliyyət göstərir.

Yenixeber.org: 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi də agentliyə aiddir.
Bu müəssisədə 200-dən çox xəstə müalicə alır. Bu tibb ocağında təqribən 70-80 nəfər işləyir. Lakin Sosial Xidmətlər Agentliyi və rəhbərliyi burada zəhmət çəkən işçiləri digər müəssisələrin əməkdaşlarından ayırır, əməyinə qiymət vermir. Belə ki, saytımıza verilən məlumata görə, agentliyin tabeliyində olan digər müəssisələrin əməkdaşlarına bayramlarda əlavə ödənişlər edilsə də,
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin işçilərinə şamil olunmur. Bu ayrı-seçkiliyin səbəbi isə izah olunmur. Halbuki 200-dən çox vətəndaşın müalicə aldığı müəssisədə işçi sayı da yetərli deyil və onların üzərinə ikiqat yük düşür. Ona görə də bəzi hallarda işçilər fiziki və vaxt cəhətdən xəstələrə baxmağı çatdıra bilmirlər. Yəni əslində, bayramlarda əlavə ödənişlər almağı ilk növbədə sözügedən müəssisənin əməkdaşları haqq edir. Ancaq Vüqar Behbudovun rəhbərlik etdiyi agentlik adıçəkilən müəssisəyə qarşı laqeydlik göstərir.
Bu problemin agentlikdən, yoxsa müəssisə rəhbərliyindən qaynaqlandığı da məlum deyil. Fakt budur ki, digər müəssisələrin əməkdaşları bayramlarda əlavəni alır, bu müəssisədə çalışanlar yox.
Qeyd edək ki, 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunaraq istifadəyə verilib.
Müəssisəyə sosial xidmətə ehtiyacı olan psixotik simptomatika mərhələsinə çatmayan şəxslər qəbul edilir.(cumhuriyyet.az)
Bu məlumatla bağlı qarşı tərəfin açıqlamasını işıqlandırmağa hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam