Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

"İmzamı saxtalaşdırıb, 36 min yüklədilər... MƏHKƏMƏ GÖZ YUMDU" -BU NƏDİ BELƏ?..

"İmzamı saxtalaşdırıb, 36 min yüklədilər... MƏHKƏMƏ GÖZ YUMDU" -

Naxçıvanlı cərrah Fuad Nəzərov iddia edir ki, MedAura klinikası saxta imza ilə sənədlər hazırlayaraq onu işçi kimi rəsmiləşdirib və bu əsasla ondan on minlərlə manat tələb edir.

Yenixeber.org: Şikayətçinin sözlərinə görə, məqsəd klinikanın bir xəstəyə ödədiyi böyük məbləği onun üzərinə yönəltməkdir. Nəzərov bildirir ki, imzanın saxta olduğunu təsdiqləyən ekspertiza rəyi olsa da, məhkəmələr bunu nəzərə almır: Şərur Rayon Məhkəməsi müqaviləni sübut kimi qəbul edib, Naxçıvan MR Ali Məhkəməsi isə apellyasiya şikayətini icraata götürməyib.

Həkim deyir ki, 2022-ci ildə həmin klinikada yalnız bir dəfə əməliyyat aparıb. Buna baxmayaraq, sonradan onun adına saxta əmək müqaviləsi tərtib edilərək işçi kimi göstərilib. Onun sözlərinə görə, məqsəd klinikanın xəstəyə ödədiyi 36 min 600 manatı regres qaydasında ondan tələb etməkdir.

“Mən orada nə işçi olmuşam, nə də icarəçi. Cəmi bir dəfə əməliyyat etmişəm. Sonra klinika xəstəyə ödəniş edib və bu pulu mənim üzərimə yönəltmək istəyib. Bunun üçün də adıma saxta əmək müqaviləsi hazırlayıblar. Çünki, klinika yalnız əmək müqaviləsi olan işçilərdən regres qaydasında pul tələb edə bilər. Bu məqsədlə imzamı saxtalaşdırıb işçi kimi rəsmiləşdiriblər və indi deyirlər ki, pulu mən ödəməliyəm.”

Fuad Nəzərov bildirir ki, imzanın ona aid olmadığını təsdiqləyən ekspert rəyi Şərur Rayon Məhkəməsinə təqdim edilsə də, məhkəmə bunu nəzərə almayıb və müqaviləni əsas götürərək pulun tutulması barədə qərar çıxarıb.

“Ekspert rəyində açıq yazılıb ki, imza mənə məxsus deyil. Buna baxmayaraq, saxta müqavilə əsas götürüldü. Bu artıq təkcə mülki mübahisə deyil, cinayət məsələsidir.”

Onun sözlərinə görə, bu qərardan apellyasiya şikayəti verilsə də, Naxçıvan MR Ali Məhkəməsi qəbul etməyi:

“Hakimi Mehman Allahverdiyevin məhkəmə sübutların təqdim edilməsi üçün verdiyimiz vəsatəti rədd edib, əlavə ekspertiza təyin etməyib və cinayət əlamətləri olan saxtakarlıq faktını araşdırmayıb. Mən etmədiyim əmələ görə saxta imza ilə məsuliyyət daşımalı deyiləm.”

Nəzərov bildirir ki, məsələ ilə bağlı Naxçıvan MR Ali Məhkəməsinin sədrinə, Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikası Ali Məhkəməsinə və Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsinə müraciət edib. Lakin indiyədək saxta imza və sənəd iddiaları üzrə hər hansı araşdırma aparılmayıb.

Həkim növbəti mərhələdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verməyə hazırlaşdığını deyir.

Məsələyə münasibət öyrənmək üçün adı çəkilən klinika ilə əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

"Gündəlik Naxçıvan"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam