Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AZAL sərnişinə dəyən ziyanı ödəmir -Şikayətlər qulaq ardına vurulur

Azərbaycanın milli aviadaşıyıcısı AZAL-ın sərnişinlərə baqajının zədələnməsi və kompensasiya məsələsinin həll olunmaması ilə bağlı narazılığın sayə hesabı yoxdur. 

Yenixeber.org: Daha bir sərnişinin bildirdiyinə görə, ötən ay İstanbul reysi ilə uçuş zamanı çamadanı sındırılıb. Hadisə ilə bağlı sərnişin hava limanını tərk etmədən müvafiq qaydada müraciət edib və lazımi rəsmi sənədləri alıb. Daha sonra isə AZAL-ın tələb etdiyi bütün prosedurları mərhələli şəkildə yerinə yetirib.

Lakin sərnişin bildirir ki, bütün sənədlər təqdim edildikdən sonra aviaşirkət tərəfindən ona qeyri-ciddi və qəbuledilməz cavablar verilib. Belə ki, AZAL nümayəndələri sərnişinə Bakıda müəyyən bir şəxsi tapmağı və çamadanı onun yanına apararaq “təmir etdirməyi” təklif ediblər.

Sərnişin bu təklifi mədəni şəkildə rədd etdiyini bildirir: “Mən qapı-qapı düşməli deyiləm. Bu, sərnişinin problemi deyil, aviaşirkətin məsuliyyətidir.”

Bundan sonra AZAL tərəfindən sərnişinə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır və araşdırma başa çatdıqdan sonra kompensasiya məbləği bank kartına köçürüləcək. Lakin sərnişinin sözlərinə görə, bir aya yaxındır ki, araşdırma adı altında proses uzadılır və heç bir real nəticə yoxdur.

Sərnişin xüsusilə vurğulayır ki, AZAL-ı indiyə qədər milli aviaşirkət və marka kimi qəbul edib, lakin bu hadisə onun məyusluğuna səbəb olub: “O boyda AZAL. Hansı ki, biletləri çox baha qiymətə satır. Açığı, bu münasibəti AZAL-a yaraşdırmadım”.(Azerbaycanreallığı)

Məsələ ilə bağlı AZAL heç bir çıqlama vermir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam