Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"TVM-İNŞAAT” MMC Zəngilanda otel tikən fəhlələrin pulunu vermədi -Etiraz - VİDEO

 

Zəngilanda çalışan işçilər əməkhaqlarının ödənilməməsinə etiraz edir

Azad olunan ərazilərdə, xüsusilə Qarabağın bərpası prosesində çalışan vətəndaşların əməkhaqlarının ödənilməməsi artıq geniş yayılan problemə çevrilib. Bu səbəbdən bir çox işçi haqlarını bərpa etmək üçün aidiyyəti qurumlara müraciətlər edir, etirazlarını bildirir.

Yenixeber.org Oxşar hal Zəngilan rayonunda da yaşanır.

Məlumata görə, Zəngilan rayonu Beşdəli kəndində aparılan tikinti işlərinə cəlb olunan işçilər əməkhaqlarının ödənilməməsinə etiraz ediblər.

Bildirilir ki, “TVM-İNŞAAT” MMC adlı şirkət tərəfindən otel tikintisinə cəlb olunan vətəndaşlar artıq 3 aydır işləmələrinə baxmayaraq maaşlarını ala bilmirlər.

İşçilərin sözlərinə görə, onları işə dəvət edən qrup rəhbəri də əməkhaqlarının verilmədiyini təsdiqləyərək bildirib ki, şirkət rəhbərliyi 3 aydır ödənişləri həyata keçirmir. Məlumata əsasən, tikintiyə Elxan Hacıəliyev və Elman adlı şəxslər  rəhbərlik ediblər, onlar işçiləri aldadaraq tikinti işlərinə cəlb ediblər.

İşçilər bildirirlər ki, üzərlərinə düşən işi vaxtında və tam şəkildə təhvil versələr də, aylardır əməkhaqlarını ala bilmirlər. Maddi vəziyyəti ağır olan vətəndaşlar ölkə rəhbərliyinə və aidiyyəti dövlət qurumlarına müraciət edərək kömək istəyirlər.

Qeyd edək ki, “TVM-İNŞAAT” MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur. Nizamnamə kapitalı 10 manat olan “TVM İnşaat” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.

Məsələ ilə bağlı araşdırmalar davam edir.(bizimesr.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam