Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Yasamalda yaşıl terror: Ağacları belə məhv edirlər –FOTOLAR+VİDEO

Yasamalda yaşıl terror: Ağacları belə məhv edirlər – FOTO,VİDEO
İcra hakimiyyətinin əməkdaşları Yasamaldakı böyük çinar ağaclarını kəsə bilmək üçün müxtəlif yollarla onların kökünü qurudur və bu bəhanəylə yaşıllıqları məhv edirlər.
Yenixeber.org: Bu barədə məlumatı yasamal sakini, jurnalist Fimar Asimqızı ictimailəşdirib. Ağacların məhv edilməsini lentə alan sakinin sözlərinə görə, bu qayda ilə artıq üçüncu böyük ağacdır ki, kəsilir:
“Eyvanımızın tuşunda uç çinar ağacı vardı. Əvvəl birini qurutdular. Quruyan kimi o ağacı “külək aşırdı”. Sonra ikincini qurutdular. Bu gün də “külək onu aşırdı”. İndilərdə gəlib doğrayıb daşıdılar. Çəkdim.
Mədənləri, doğrayanları da çəkmişəm. Deyir, yaşıllaşdırma idarəsinin işçiləriyik. İnanmadım. Yasamal Rayon İcra Hakimiyyəti, sizin adamlardır, məncə. Maraqlansanız deyin ki, “tanıdım””.
Məsələ ilə bağlı icra hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Lakin icra hakimiyyətinə etdiyimiz zənglərin heç birinə cavab verən olmadı. İH-in mövqeyini, açıqlamasını dərc etməyə hazırıq.
Qeyd edək ki, Yasamal rayonunda yaşıllıqların məhv edilməsi, səkilərin və boş ərazilərin obyekt sahiblərinə satılması uzun müddətdir ki, sakinləri narahat edir. Bununla əlaqədar dəfələrlə şikayətlər edilib və məsələ ictimailəşdirilib. Lakin problem həllini tapmır. Yasamal rayonunda yaşıllıqların məhvi, səkilərin zəbti davam edir.
Xatırladaq ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovdur. O, bu vəzifəni 2019-cu ildən icra edir.(Tribuna)
Gülşən Rəsul






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam