Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?-İLGİNC

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

 İşğladan azad edilən torpaqlarımzda meşələrin bərpası və qorunub saxlanılmasının nə qədər vacib və həyati olduğunu kimsəyə izah etməyə yəqin ki, ehtiyac yoxdur.

Yenixeber.org: 30 ildir ki, emrənilər tərəfindən talan edilən bu meşələrin bərpası bilavasitə Prezident İlham Əliyevin nəzarətindədir ki, bu da dövlətimizin meşələrin bərpası və genişləndirilməsinə nə qədər böyük önəm verdiyini göstərir. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazmdır ki, bəzən bu meşələr hansısa kənar şəxslərin deyil, elə onları qorumalı olan məsul şəxslərin bəd əməllərindən ziyan görür.

Bu mənada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Xidmətinin (MİX) rəisi Ramik Əşrəfov və onun sevimlisi – nazirliyin 12 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəisi Söhrab Abbasovun fəaliyyətinin təftiş edilməsinə ciddi ehtiyac var.

Bununla bağlı cumhuriyyet.az-a daxil olan  məlumata görə, Ramik Əşrəfovun himayəsinə sığınan Söhrab Abbasov Qarabağ meşələrinin taleyi ilə sözün həqiqi mənasında “cərimə-cərimə” oyunu oynayır. Belə ki, Söhrab Abbasov ağacları kütləvi şəkildə məhv edən şirkət və qurumlara əvvəl yüksək məbləğdə cərimə yazsa da, daha sonra hansısa “naməlum səbəbdən” bu cərimənin məbləğni 2-3 dəfə aşağı salır və dövlətə ağacların qanunsuz kəsiminə görə ödəniş də məhz aşağı rəqəmlə edilir. Buna nümunə olaraq Söhrab Abbasovun bir müddət bundan öncə Körpü-Bina-Tikinti MMC-ə 400 min manatdan çox cərimə yazdığı halda, daha sonra bu cərimənin məbləğini 132 min manata salmasıdır. Qeyd edək ki, Körpü-Bina-Tikinti MMC də qanunsuz ağac kəsiminə görə məhz 132 manat ödəniş edib. Bu kimi halların çoxluğu ortaya cavablandırılması gərəkən maraqlı suallar çıxarır.

Birincisi, 12 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi qanunsuz ağac kəsimi edən qurumlara yüksək cərimələr kəssə də, niyə sonra bu cərimlərin miqdarını kəskin şəkildə aşağı salır? Bu “sirli imtina”nın səbəbi nədir?

İkincisi, niyə Söhrab Abbasov tabeliyindəki meşə sahələrində ağac kəsimindən hər zaman ən sonda – proses başa çatandan sonra xəbər tutur?  Axı bu qurumun əsas vəzifələrindən biri  24 saat meşə sahələrini nəzarətdə saxlamaq və burada hər hansı qanunsuz fəaliyyəti önləməkdir.

Üçüncüsü, nəzarətindəki meşə sahələrində kütləvi ağac kəsimlərinin təkrarlandığına baxmayaraq, Söhrab Abbasovun hələ də vəzifədən azad edilməməi nə ilə bağlıdır? Söhrab Abbasovu MİX rəisi Ramik Əşrofov üçün əvəzedilməz edən nədir?

Mövzunu davam etdirəcəyik…cumhuriyyet.az  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam