Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Mehdiyevin həbsdən qurtardığı Şahlar Həsənov şəhid ailəsinə verilən mirası ələ keçirdi -ŞİKAYƏT

 post-img

Abşeron rayonunun Masazır qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda sənədsiz evlərin tikintisinə və bir çox qanunsuzluqlara pul müqabilində  havadarlıq etmiş Masazır qəsəbəsinin icra nümayəndəsi işləmiş Şahlar Həsənovdan xəbər var.

Yenixeber.org: Masazırda fərdi ev tikən, torpaq sənədi almaq istəyənlərə pul müqavilində havadarlıq edən sabiq icra nümayəndəsi indidə 44 günlük savaşda qəhrəmancasına savaşaraq tankın içində yanaraq şəhid olan Səfərov Saleh İrzaxan oğlunun anasına və qardaşına pay verilən  torpaq sahəsinə göz dikib və bu azmış kimi qolçomaqlıq edərək icra başçısının adı ilə ərazini zəbt edib. 

Neçə vaxtı problemlə bağlı əziyyət çəkən Şəhid qardaşı Səfərov Tural redaksiyaya müraciət edərək bildirib:

"Masazırda 569 saylı marşurutun sonunda olan 20 sot torpaq ailəmizə pay verilib və illərdir ki, istifadəmizdədir. Amma, 5 il Masazırda icra nümayəndəsi işləmiş Şahlar Həsənov 20 sot torpaq sahəsini ağır xəstə olan anamın əlindən zorla alaraq hasarlayıb. Vaxtı ilə anama və qardaşıma pay verilən bu torpaq sahəsi ailəmizin ümid yeri, övladlarımızın gələcək qarantıdır. Anamın, mənim və qardaşımın övladlarının bundan başqa heç nəyi yoxdu, onuda Şahlar Həsənov vəzifəsinin gücünə icra başçısının adı ilə əlimizdən almaq üzərədir. Mən prezidentimizdən və DTX-dən kömək istəyirəm. Xahiş edirəm ailəmizi, sərvəti milyonlarla ölçülən zalım oliqarx Ş.Həsənovun əlindən alsınlar..."

Şəhid ailəsinə pay verilən torpağı hazırda zəbt edən bürokrat məmur Şahlar Həsənovla bağlı tərəfimizdən ciddi araşdırmalar başladılıb.

 Məlum olub ki, təkcə Masazır qəsəbəsində Şahlar Həsənova məxsus, qardaşının adına sənədləşdirilən onlarla iri obyektlər mövcuddur.

Bununla yanaşı, BDYPİ tərəfdən gələndə Xırdalan dairəsində olan bütün obyektlər və Masazır qəsəbə girişinin sağ tərəfindəki aptek, iri gül dükanı, zoomaqazin və Məhəmmədi qəsəbəsində çox sayda böyük obyektlər eləcədə  hektarlarla torpaq sahələri hazırda Abşeron RİH-də humanitar şöbədə işləyən bürokrat məmur Ş.Həsənovun sərvətinə daxildir...

Qeyd edək ki, Ş.Həsənovla bağlı apardığımız araşdırmalar zamanı  bir çox maraqlı məqamlar da ortaya çıxıb. Məlum olub ki, böyük sərvətə sahib olan Şahlar Həsənov rüşvət tələb etmə və digər  qanunsuz əməllərinə görə  Ramiz Mehdiyev hadisəsindən bir neçə öncə baş prokurorluq əməkdaşları  tərəfindən saxlanılıb. 

Biz Mehdiyev ismini təsadüfdən çəkmədik. Şahlar Həsənov ətrafında ciddi olaylar dönməsinə baxmayaraq gizlədilməsi, heç də sıradan olan hadisə deyil. Bildirək ki, Şahlar Həsənov Mehdiyev və yeznəsinə yaxınlığı ilə seçilən BOZ KARDİNALIN villasına rahat girib- çıxan şəxslərdən biri olub. Mehdiyevin villasının tikintisində də böyük əməyi olan Şahlar Həsənov, Mehdiyevin ailəsinə qanunsuz yollarla gətirdiyi kiloqramı 5-6 min dollar olan ikra ilə illərlə təmin etdiyi də ciddi faktlardandır. Rüşvət tələb etmə və qanunsuz əməlləri ifşa olunaraq saxlanılan Şahlar Həsənov həmin vaxtı "boz kardinal"a yaxınlığı səbəbinə görə, Mehdiyevin gücü ilə əlaltıları tərəfindən azadlığa çıxarılıb və hadisə gizlədilib. 

Məlumat üçün bildirək ki, Mehdiyevə qaldırılan cinayət işi Şahlar Həsəınov olayından bir neçə ay sonra baş verib.

Mövzu davam etdiriləcək. Bizi izləyin!(paytaxt.org)

Günay Cəfərli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam