Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azercell”in abunəçilərini necə aladadır? -ŞİKAYƏT

media-aa

Azərbaycanın əsas mobil operatorlarından olan Azercell yenidən abunəçilərin narazılığına səbəb olub. Sosial şəbəkələrdə yayılan məlumata görə, şirkət Gigamax+ və digər internet paketləri ilə bağlı mühüm dəyişiklikləri nə SMS, nə bildiriş, nə də tətbiq üzərindən elan etmədən, səssizcə həyata keçirib.

Yenixeber.org: Dəyişikliyi üzə çıxaran və ictimailəşdirəm şikayətçi Natiq İmanov bildirib ki, tarif dəyişikliyi barədə qəzet və Azercell-in rəsmi səhifəsində 1 ay əvvəl yerləşdirilmiş məlumatdan başqa heç bir xəbərdarlıq olmayıb.

Abunəçilərin böyük əksəriyyəti isə bu barədə yalnız texniki dəstək yazışmalarında təsadüfən öyrənir.

Paylaşılan şəkillərdə “Azercell”in cavabları narazılığı daha da artırıb.

Abunəçilərin ən böyük iradı isə odur ki, “Azercell” bu dəyişiklikləri tətbiq edildiyi gün bir bildirişlə elan edə bilərdi, lakin bunu etməyib. Məlum olur ki, şirkət sadəcə olaraq tarifləri bağlayıb və müştərilərin narazılığı “qeydə alınıb” cavabı ilə kifayətlənir.

Sosial şəbəkə istifadəçiləri sual edir:
“Niyə ölkənin ən böyük operatoru öz müştərilərindən məlumatı gizlədir? Tariflər dəyişirsə, niyə SMS gəlmir? Niyə insanlar yalnız təsadüfən chat yazışmalarında xəbər tutur?”.

“Azercell” dən hələlik geniş açıqlama verilməyib.

Qarşı tərəfin mövqeyini öyrənməyə cəhd etsək də, bizim də zənglərimizə cavab verən olmadı.

media-133


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam